Ermənistanın baş naziri Nikol Paşinyanın mühafizə xidmətinin keçmiş rəhbəri Qriqori Ayrapetovun öldüyü barədə xəbər yaylıb.
ONN media xəbər verir ki, bu barədə Ayrapetovun yaxın dostlarından biri bildirib.
Qeyd edilib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəisi, general Qriqori Ayrapetov yanvarın 1-də yaşadığı mənzildə ölüb.
Xatırladaq ki, Ayrapetov 2018-ci il oktyabrın 1-də Düşənbədə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə eyni liftdə görünmüşdü.
Başqa sözlə, Dövlət Mahfizə Xidmətinin o vaxtkı rəisi Qriqori Ayrapetov Paşinyan liftdə Əliyevə yaxınlaşıb danışıq aparanda, olaya yeganə şahid olmuşdu.
Bu hadisədən istifadə edib Paşinyanı “topa tutan” Qarabağdakı separatçıların “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan o zaman böyük siyasi səs-küy yarada bilmiş və nəticədə Qriqori Ayrapetov işdən çıxarılmışdı.
Hadisə Balasanyan vasitəsilə Ermənistanda ictimailəşdiriləndən sonra Paşinyan Ayrapetovu istefaya göndərmişdi.
O zaman Paşinyan İlham Əliyevlə söhbətin təfərrüatlarının Ayrapetovun vasitəsilə sıza biləcəyi və Balasanyanın danışığın təfərrüatlarını yalnız Ayrapetovdan öyrənə biləcəyi qərarına gəlmişdi.
Sözügedən görüş sonradan erməni mətbuatında Paşinyanın əleyhinə “lift diplomatiyası” adlandırılmışdı.
Qeyd edək ki, general rütbəli Qriqori Ayrapetov 1991-ci ildən son vaxtlaradək dövlət rəhbərlərinin təhlükəsizliyinə cavabdeh olub. Belə ki, o, Ermənistanın ilk prezidenti Ter-Petrosyanın da təhlükəsizliyini qoruyub. Daha sonra eks-prezidentlər Robert Köçəryan və Serjik Sarkisyana da baş cangüdənlik edib.
Sonra hazırkı baş nazir Nikol Paşinyanın təhlükəsizliyinə cavabdeh olan Ayrapetov 2019-cu ilin oktyabrında tutduğu vəzifədən azad edilib.(ölkə.az)



Ermənistan PKK-ya silah satır
Paşinyan Brüsselə getdi
Paşinyan Njdenin heykəlinin sökülməsini tapşırıb?
Nikol Paşinyan: "İlham Əliyevlə görüşlərdən sonra..."
Paşinyanın açıqlaması Ermənistana ŞOK YAŞATDI
Əliyev və Paşinyan görüşünün yeri və tarixi açıqlandı
Bakının əlində Paşinyanın video faktları var – Ermənistan ŞOKDA
Paşinyan İlham Əliyevlə görüş üçün Brüsselə getdi
İlham Əliyev və Paşinyan bu tarixdə görüşəcək
Erməni nazir Qarabağa gəlir
Paşinyan Qafanda da etirazlarla qarşılandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 