Prezident İlham Əliyev Bərdə rayonunun Cəyirli kəndinin ərazisində fermer Musa Quliyevin 20 hektarlıq pambıq tarlası ilə tanış olub.
Azərbaycan prezidentinə məlumat verilib ki, ötən il fermer təsərrüfatı tərəfindən 15 hektar sahədə pambıq əkilib və 40,5 ton məhsul götürülüb.
Məhsuldarlıq hər hektara 27 sentner təşkil edib. Bu il isə 20 hektarda pambıq əkilməsi nəzərdə tutulub. Qarşıya hər hektardan 35 sentner məhsul götürülməsi hədəf qoyulub. Diqqətə çatdırılıb ki, təsərrüfatda 25 işçi çalışır.
Azərbaycan prezidenti pambıqçılarla görüşüb. Pambıqçı Sədaqət Ağayeva ölkəmizdə bu sahənin inkişafına göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Dövlət başçısı görüşdə çıxış edib.
Sonra səpin işlərinə başlanılıb.
Daha sonra xatirə şəkli çəkdirilib.
Prezident İlham Əliyev təsərrüfatda istifadə olunan texnikalara baxıb. Məlumat verilib ki, səpin işlərinə lazımi texnikanın cəlb edilməsi üçün “Azərpambıq” MMC ilə müqavilə imzalanıb.



İlham Əliyev Hacıqabulda pambıq tarlasında səpin prosesini izlədi
Prezidentin pambıqçılarla MARAQLI DİALOQU: "100 manat, hər gün bir evə?" - FOTO
İlham Əliyev müşavirə keçirdi
Bu il pambıq sahələrindən nə qədər pambıq yığılıb
İlham Əliyev Kürdəmirdə açılışlar edib
Prezident: Pambıqçılıqda inkişafla bağlı atılmış bütün addımlar öz səmərəsini verməkdədir
Pambıqçılığın inkişafına həsr olunmuş növbəti müşavirə keçirilib
Prezident və xanımı Ağcabədidə - YENİLƏNDİ
Prezident əlillərə təqdim olunan avtomobili sürdü
İlham Əliyev şpris zavodunun açılışında
Saatlıda pambıqçılıqla əlaqəli növbəti müşavirə keçirilib
Azərbaycanda YENİ QƏRAR: bu məhsulun qiyməti 50 manat BAHALAŞDI - RƏSMİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 