Azərbaycan Dillər Universitetində (ADU) 2021-2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.
Bu münasibətlə ADU-da media-tur təşkil olunub.
Mediaturda millət vəkilləri, təhsil ekspertləri və mətbuat nümayəndələri iştirak edib.
Qonaqlar əvvəlcə tədris prosesini izləyiblər. Daha sonra ADU rektoru, akademik Kamal Abdulla ilə görüş keçirilib.
Rektor millət vəkilləri, təhsil ekspertləri və jurnalistlərlə fikir mübadiləsi aparıb, onları maraqlandıran suallara cavab verib.
Qeyd olunub ki, 2021-2022 təhsil ilinin payız semestrinin qış imtahan sessiyası yanvar ayının 5-dən başlayıb. İmtahanlar fevralın 5-dək üç növbədə davam edəcək.
Gün ərzində universitetin hər üç tədris korpusunda 7027 tələbədən 1500 tələbə imtahan verir.
İmtahanların keçirilməsi zamanı "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilitaktikasına dair metodiki göstərişlər"ə və Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"na riayət olunur.



Təhsil naziri ƏMR İMZALADI: 3 yanvardan etibarən...
Tələbələrin NƏZƏRİNƏ: Bu gündən başlayır
Ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyası başlayıb
BDU-da imtahan sessiyası başlayır
İmtahanlar bu qaydada keçiriləcək - Nazirdən ƏMR
İmtahanda tələbələrə güzəşt ediləcək - BDU
Məktəblərdə payız tətilinin vaxtı açıqlandı
Məktəblərdə 5 günlük payız tətili olacaq
Bu gündən məktəblərdə payız tətili başlayıb
Azərbaycanda tədris ilinin müddəti uzadılacaq? - RƏSMƏN AÇIQLANDI
Kəsri olan tələbələrə şad xəbər
Məktəbdə dərslər sentyabrın 1-i başlayacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 