Türkiyənin İstanbul şəhərinin Beşiktaş ilçəsində azərbaycanlı iş adamı kimi təqdim edilən şəxs lüks "Mersedes” markalı avtomobillə qəza törədib.
ONN media xəbər verir ki, hadisə gecə yarısı Balmumcu məhəlləsi, Barbaros bulvarı ərazisində baş verib.
Belə ki, Rəfail Əliyev Azərbaycana məxsus 99 MB 888 dövlət nömrəli lüks avtomobiliylə Zəncirliquyu istiqamətindən Beşiktaş istiqamətinə gedərkən idarəetməni itirərək Oqtay Arayın idarə etdiyi 34 TAB 06 nömrəli taksi ilə toqquşub.
Nəticədə toqquşmanın gücündən havaya uçan taksi əvvəlcə yol kənarındakı baryerlərə, daha sonra dayanmış 34 LJA 221 dövlət nömrə nişanlı avtobusa dəyib. Zərbənin təsirindən sürücü pəncərədən taksisinin altına düşüb.
Qəza yerinə xilasedicilər, təcili yardım və polis əməkdaşları cəlb edilib. Taksinin altında qalan Aray yanğınsöndürənlər və ətrafdakı vətəndaşların köməkliyi ilə çıxarılıb. Yaralı sürücü təcili yardımla xəstəxanaya aparılıb. Onun vəziyyətinin ağır olduğu deyilir.
Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
Məlumata görə, Rəfail Əliyevin idarə etdiyi 99 MB 888 avtomobil Əhədov Vadim Mehdiyeviçin adınadır.



Azərbaycanda iş adamının sərxoş kürəkəni lüks avtomobillə dörd nəfərin ölümünə səbəb oldu – VİDEO
Bakıda qadın sürücü qəza törədib
Məktəb avtobusu qəza törədib- Yaralananlar var
Sumqayıtda zəncirvari yol qəzası olub
Bu prospektə tıxac yarandı - QƏZA
Bakıda lüks avtomobil qəza törətdi və...
Nərimanovda iki maşın toqquşdu - Yaralı var
BƏDBƏXT HADİSƏ: Sabah toyu olacaqdı, bu gün qəzaya düşdü
Rusiya səfirliyinin əməkdaşı Bakıda qəza törətdi
Türkiyədə dəhşətli qəza- ÖLƏNLƏR VAR
Azərbaycanlı Türkiyədə dəhşətli qəza törətdi
Bakıda AĞIR QƏZA: avtomobillər toqquşdu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 