Bu gün axşam saatlarında (21:51 UTC) Yerdən təxminən 2 milyon km məsafədən 7482 (1994 PC1) asteroidi keçəcək.
Bu barədə AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Qeyd olunub ki, bu, Yer-Ay məsafəsindən 5 dəfə böyükdür. Diametri 1 km-dən böyük (1067 m) olan asteroid 1994-cü ildə Robert Maknot tərəfindən aşkarlanmışdır. Bu asteroid Amerika Kosmik Agentliyi tərəfindən ölçüsü və Yerə yaxınlaşma məsafəsinə görə potensial təhlükəli asteroidlər kateqoriyasına aid edilmişdir.
7482 (1994 PC1) asteroidi cari ildə Yerə yaxınlaşacaq asteroidlərdən ən böyüyüdür. Asteroid Bakı vaxtı ilə 19 yanvar saat 01:51-də yerə ən yaxın nöqtədən keçəcək. Hesablamalara görə, bu, növbəti 200 il üçün asteroidin ən böyük yaxınlaşması olacaq.
Asteroidin Yerə nəzərən sürəti 19.56 km/san təşkil edir və kiçik ölçülü teleskopla 10m ulduz ölçüsündə müşahidə etmək mümkündür.
Qeyd edək ki, Yerə 48 milyon km-dən çox yaxınlaşan obyektlər Yerətrafı obyektlər hesab olunur və həmin obyektlər Yerə hər hansı təhlükə törətmə ehtimalına görə NASA və digər kosmik qurumlar tərəfindən diqqət mərkəzindədir.



Yerə 3 asteroid yaxınlaşır - BU TARİXDƏ...
Yerə potensial təhlükəli asteroidlər YAXINLAŞIR
Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır - BU GÜN...
Yer kürəsinə stadion boyda asteroid yaxınlaşır
Beş asteroid planetimizə yaxınlaşır - NASA
Yerə təhlükəli asteroid yaxınlaşır
Asteroid təhlükəsi
Bu gün Yerə maksimal məsafədə asteroid YAXINLAŞACAQ
DÜNYA BÖYÜK TƏHLÜKƏDƏ- Asteroid yaxınlaşır
Yerə asteroid düşə bilər - STADİON BOYDADIR
Yerə yaxınlaşan böyük təhlükə
Bu tarixə DİQQƏT - Yalnız 2 milyard insan görə biləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 