Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər davam edir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər rayonunda yeni istifadəyə verilən modul tipli infrastrukturla tanış olub.
Bildirilib ki, hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını təmin etmək məqsədilə yataqxana, yeməkxana, ərzaq anbarı, silah otağı, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.
General-leytenant N.Osmanov dövlət sərhədində sərt iqlim şəraitində döyüş növbətçiliyi aparan şəxsi heyətin maddi-texniki təminatı ilə maraqlanıb, onlara xidmətlərində uğurlar arzulayıb.



Kəlbəcərdə çörəkbişirmə sexi açıldı
Müdafiə nazirinin müavini hərbçilərlə görüşdü
Nazir müavini Kəlbəcərə gedib
Zakir Həsənovun müavini vəzifəsindən azad olundu - YENİ TƏYİNAT
Müdafiə nazirinin yeni müavini kimdir? - DOSYE
Zakir Həsənov Kəlbəcər və Laçına getdi: yeni hərbi obyektlər istifadəyə verildi
Zakir Həsənov Ermənistanla sərhəddə gedib
Kərim Vəliyev Kəlbəcərə getdi
Zakir Həsənov Qarabağda hərbçilərlə görüşdü
Zakir Həsənov konkret tapşırıqlar verdi - Video
MN: Kəlbəcərdə son durum...
Müdafiə Nazirliyi məlumat yaydı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 