Bu il isə həm ənənəvi işlər, yəni, infrastruktur işləri, eyni zamanda, məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış binalarının inşası da artıq başlanacaq.
ONN media xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bildirib.
Dövlətimizin başçısı bildirib ki, azad edilmiş torpaqlarda bu il 5 su elektrik stansiyası inşa ediləcək. Nəzərdə tutulan layihələr arasında Ağalı kəndinin inşasının artıq tamamlanmasını qeyd edən Prezident deyib ki, bunun böyük rəmzi mənası var: “Çünki artıq bu il ilk keçmiş köçkünlər öz doğma torpağına qayıdacaqlar və Ağalı kəndi elə bil bizim istədiyimizin təcəssümüdür”.
Prezident İlham Əliyev cari ildə Zəngilan Hava Limanının açılacağını, 2023-cü ildə dəmir yolunun Ermənistan sərhədinə gətiriləcəyini, avtomobil yolunun tikintisinin isə davam etdiyini diqqətə çatdırıb. Bütün bu işlərdə gənclərin fəal iştirak etdiklərini söyləyən dövlətimizin başçısı deyib: “İndi azad edilmiş ərazilərdə müxtəlif kənd təsərrüfatı layihələri icra edilir. Deyə bilərəm ki, bu il 40-50 min hektarda əkin işləri nəzərdə tutulur. Bu, bizim ərzaq təhlükəsizliyimizi təmin edəcək. Orada da işləyənlərin əksəriyyəti gənclərdir. Ona görə gənclər, əlbəttə ki, bu işlərdə qabaqcıl rol oynayacaq, onlar öz təşəbbüslərini də gərək ortaya qoysunlar”.



İlham Əliyev Zəngilanın ilk bərpa olunacaq kəndinin adını açıqladı
Prezident Zəngilan Hava Limanının təməlini qoydu
İlham Əliyev Qarabağda görülən işlərdən danışdı
Məcburi köçkünlər Qarabağa nə vaxt qaytarılacaq? - PREZİDENT DANIŞDI
İlham Əliyev Kəlbəcər və Laçına getdi
Bu işlərə start verildi - İlham Əliyev
Şuşalılar Şuşaya qayıdırlar - İlham Əliyev
İlham Əliyev: Məcburi köçkünlərin problemlərinin həlli ən prioritet məsələdir
Ağdamda yeni yaşayış kompleksinin təməli qoyuldu
Birinci mərhələdə Şuşada 25 yaşayış binası inşa olunacaq ki, vətəndaşlar qayıtmağa başlasın
Bu çox uzun prosesdir- İlham Əliyev
Zəngilanda hava limanı tikiləcək - Prezident AÇIQLADI
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 