Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam rayonuna səfər ediblər.
ONN media xəbər verir ki, dövlət başçısı və birinci xanım “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak ediblər.
Sonra Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoyub.
Daha sonra dövlət başçısı və birinci xanım Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olublar. Prezident İlham Əliyev burada çıxış edib.
Dövlətimizin başçısı 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının da təməlini qoyub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar, Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində olublar.
Səfərdən hazırlanan geniş reportaj fevralın 14-də təqdim ediləcək.



İlham Əliyev və birinci xanım Ağdam rayonuna səfər ediblər
İlham Əliyev və xanımı Ağdama getdi
Prezident və xanımı Füzulidə
Prezident və xanımı Şuşada
Prezident və xanımı Şuşada bir sıra tədbirlərdə...
İlham Əliyev və Birinci xanım Gəncəyə getdilər
İlham Əliyev və xanımı Şəkiyə səfər edib
İlham Əliyev və xanımı Cəbrayıl və Qubadlıya getdi
İlham Əliyev və xanımı Laçına getdi
Prezident və birinci xanım Qubadlıda - YENİLƏNİB
İlham Əliyev Xocavəndə getdi
Prezident və xanımı Şuşaya getdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 