Fevralın 15-dən etibarən Nazirlər Kabinetinin Qərarına əsasən COVİD-19-a qarşı peyvəndin 2-ci dozasının üzərindən 6 ay keçmiş şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək.
ONN media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB birgə məlumat yayıb.
“Peyvənd sertifikatı” tələb olunan sahələrdə çalışan və bir sıra iş və xidmət sahələrinin fəaliyyətindən istifadə edən yaşı 18-dən yuxarı şəxslərin 2-ci dozalarının üzərindən 6 ay keçdikdən sonra buster” doza ilə peyvəndlənməsi tövsiyə olunur. Bunun üçün bu sayta daxil olaraq koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.
Qeyd edək ki, sabahdan etibarən aşağıdakı məkanlara yaşı 18-dən yuxarı olan şəxslərdən yalnız etibarlı olan “Peyvənd sertifikatı”, “İmmunitet sertifikatı”, yaxud “Əks-göstəriş sertifikatı” olanların girişinə icazə veriləcək.
1. İctimai iaşə müəssisələrinə (kafe, restoran və s.)
2. Mehmanxanalara
3. İri ticarət mərkəzlərinə
4. İdman və sağlamlıq-bərpa obyektlərinə
5. Toy və ya digər şənliklərə
6. Ali təhsil müəssisələri və kolleclərə
Dövlət qurumlarında, eləcə də bu Qərarın əlavəsində sadalanan (tibb və əczaçılıq müəssisələri, elm və təhsil müəssisələri və digər sahələrdə) iş və xidmət sahələrində çalışan işçilərdən etibarlı olan “Peyvənd sertifikatı”, “İmmunitet sertifikatı”, yaxud “Əks-göstəriş sertifikatı”nın olması tələb ediləcək.
Əlavə məlumat üçün bildirək ki, koronavirusa qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. “Peyvənd sertifikatı”nın etibarlılıq müddəti 6 aydır. Həmin müddət bitdikdən sonra peyvənd istehsalçısının istifadə təlimatında 2 doza vurulması nəzərdə tutulan peyvəndin 1 dozasını aldıqda "Peyvənd sertifikatı"nın qüvvədə olması müddətsiz olaraq uzadılır.



Fevralın 15-dən kimlərin “Peyvənd sertifikatı” etibarsız sayılacaq?
“Buster” dozanı vurduranların “İmmunitet” sertifikatı müddətsiz olur?
Toy mərasimlərində peyvənd sertifikatına dair TƏLƏB DƏYİŞİR
Toy mərasimlərində peyvənd sertifikatına dair TƏLƏB DƏYİŞİR
“Peyvənd sertifikatı” müddətsiz olacaq - RƏSMİ
Bu gündən bu şəxslər də vaksinasiya oluna bilərlər - QƏRAR
Səhiyyə Nazirliyi 3-cü doza vaksinlə bağlı MƏLUMAT YAYDI
Fevralın 15-dən tələbə və müəllimlərin yeni tələbə uyğun COVID sertifikatı olmalıdır
Bir doza pevənd vurduranların NƏZƏRİNƏ: Hotellər, restoranlar və "mall"lar...
COVID sertifikatı ilə bağlı YENİ TƏLƏB
COVID-19 pasportunun əldə edilməsi QAYDALARI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 