Ukraynanın şərqində böyük müharibə təkzib edilsə də, faktiki olaraq iki gündür savaşın başladığı təəssüratı formalaşdırılır.
ONN media xəbər verir ki, son iki gündə Donbasdan 40 mindən çox yaşlı, uşaq və qadın təxliyə edilib. Təxliyə edilənlərin sayının 500-700 min arasında olacağı bildirilir.
Rusiyanın Donbasda 800 minə yaxın insana rus pasportu verdiyi bildirilir və beləliklə, bu ərazidə öz vətəndaşları uğrunda savaşa girmək üçün bütün hazırlıqlar tamamlanıb.
Ukrayna kəşfiyyatının məlumatına görə, Donbas ərazisində Rusiyanın 30 min hərbçisi var, üstəlik, sərhəd boyunca 130 mindən çox qüvvə cəmləşib. Bu qüvvələrin sayının bu həftə daha 30 min artacağı gözlənilir.
Lokal toqquşmaların getdiyini əks etdirən görüntülər yayılır: Luqanskda qaz xətti də daxil olmaqla, bir neçə partlayışın, Donetsk separatçılarının rus texnikası və hərbçilərinin dəstəyi ilə Ukrayna “diversantları”na qarşı ağır zirekli texnikadan istifadə etməklə əməliyyat həyata keçirdiyi və iki Ukrayna kəşfiyyatçısının öldürüldüyü videosu da paylaşılıb.
Bundan əlavə, ötən gün Donbas istiqamətindən hücum nəticəsində 2 Ukrayna əsgərinin öldüyü, 4-nün yaralandığı haqda açıqlama verilib.
Luqansk və Donetsk separatçı rejimləri gün ərzində “atəşkəsi”in onlarla dəfə pozulduğunu iddia edir və ağır silahlardan zərbələr endirildiyi bildirilir.
Donbasda atəş nəticəsində evlərə elektrik enerjisinin verilməsində fasilə yarandığı da vurğulanır.
Əlbəttə, Ukrayna rəsmiləri və mediası təsvir edilən gərginliyin heç də baş vermədiyini bildirir. Donbasın Ukraynanın nəzarət etdiyi ərazisində də heç bir təxliyə yoxdur, amma təxliyə üçün artıq plan hazırlandığı, istənilən an bunu icra etməyə hazır olduqları açıqlanıb.
Buna baxmayaraq, gecə saatlarında RİA əməkdaşları Donetsk və Luqanskda ardıcıl partlayışlar barədə yazır və video yayırlar.
Donbasda səfərbərlik elan edilib, Rusiya lideri Vladimir Putin nüvə raketinin sınaqlarına start verib.
Faktiki olaraq Rusiya artıq müharibənin başladığı təəssüratını yaradır. Rusiya mediası da bu istiqamətdə çox ciddi şəkildə çalışır. Elə rəy yaradılıb ki, Rusiya ordusunun bu məqamda hücuma keçməsi deyil, keçməməsi “qəribə” gəlir...(axar.az)



Kəşfiyyat: Donbasda toqquşma bu tarixdə başlayacaq
Ukrayna hərbçisi Donbasda HƏLAK OLDU
Donbasda atəşkəs pozuldu: Ukrayna hərbçisi həlak oldu
Ukrayna ərazisindən Rusiyaya 140 min adam keçdi
May-iyun aylarında ya ərazilər qaytarılacaq, ya da...- SƏRT MESAJ
26-cı gün: Rusiyanın itkiləri açıqlandı
Təmas xəttində ŞİDDƏTLİ DÖYÜŞLƏR - 7 ölü, 5 yaralı
Kiyev müharibəyə hazırlaşır - Separatçı lider
SON DƏQİQƏ : Üç gün sonra müharibə başlaya bilər
Donbasda Ukrayna hərbçiləri 5 Rusiya təyyarəsi və bir helikopteri vurub
Poroşenko: Donbasda hərbi vəziyyət elan edilsin!
SON DƏQİQƏ: Rusiya Donbasda hücuma keçdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 