Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun israilli həmkarı Yair Lapid arasında telefon danışığı baş tutub.
ONN media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Məlumatda qeyd edilib ki, telefon danışığı zamanı ikitərəfli münasibətlər, ölkələrarası əlaqələrin yumşalması, həmçinin İsrail Prezidenti İsaak Hersoqun Türkiyəyə səfəri planı haqqında fikir mübadiləsi aparılıb.