“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının xidməti ərazisində “Dövlət sərhədində silahlı basqınların dəf edilməsi və sərhəd axtarışının aparılması” mövzusunda taktiki təlim keçirilib.
ONN media xəbər verir ki, təlimin planına əsasən, ərazidə təxribat-pozuculuq fəaliyyətini həyata keçirmək niyyətində olan naməlum şəxslər dövlət sərhədini pozurlar. Bu zaman zastavaya işarəverici qurğulardan dövlət sərhədinin pozulması haqqında siqnal daxil olur. Növbətçi tərəfindən zastava rəisinə məruzə edildikdən sonra zastava dərhal “Silaha” komandasına qaldırılır. Həyəcan qrupu zastava rəisinin başçılığı ilə hadisə yerinə hərəkət edir, hərbi pərdələyici qruplar isə dövlət sərhədi və Naxçıvan Muxtar Respublikası ərazisinin dərinliklərinə doğru sərhəd pozucularının hərəkətlərinin qarşısını almaq üçün təyin olunmuş hüdudlar boyu ərazini qapayır. Sahil mühafizə qrupu ərazi sularında axtarış tədbirlərini həyata keçirir.
Sərhəd pozucularının izləri müəyyən olunduqdan sonra sərhəd axtarışı tədbirləri keçirilir. Sərhəd axtarışı zamanı sərhədyanı yaşayış məntəqələrində və təsərrüfat işləri aparılan sahələrdə yerli əhalinin sorğusu keçirilir. Sorğu zamanı dövlət sərhədini pozanların silahlı şəxslərdən ibarət olması və sərhəd yaxınlığındakı istifadəsiz binaya tərəf hərəkət etmələri müəyyən edilir. Zastava rəisi tərəfindən sərhəd pozucuları haqqında əldə olunmuş məlumatlar yuxarı komandanlığa məruzə olunur.
Dövlət sərhədini pozan naməlum silahlı şəxslərin təxribat hərəkətlərinin qarşısının alınması və zərərsizləşdirilməsi məqsədilə Əlahiddə Sərhəd Diviziyası komandirinin qərarına əsasən “Həyəcan” komandası ilə qaldırılan Çevik hərəkət taborunun həmlə qrupları hadisə baş vermiş istiqamətə hərəkət edir.
Təxribatçıların yerləşdiyi bina çevik həmlə qrupları tərəfindən mühasirəyə alınır. Snayperin binada aşkar edilmiş silahlı hədəfi məhv etməsindən sonra zirehli piyada transpartyorlarının atəş dəstəyi ilə qrupların binaya girişi təmin olunur.
Təxribatçıların silahlı müqavimət göstərməsinə baxmayaraq həmlə qrupları peşəkarlıq nümayiş etdirərək silahlı şəxsləri zərərsizləşdirir və təxribatçı dəstənin rəhbəri yaxalanaraq təyin olunmuş məntəqəyə təxliyə edilir. Beləliklə təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunur.



Naxçıvanda sərhədçilərin təlimi keçirildi
Naxçıvan Qarnizonu Qoşunlarında taktiki təlim keçirilib - VİDEO
Naxçıvan Qarnizonu Qoşunlarında taktiki təlim məşqi keçirildi - VİDEO
Sərhəddə 8380 qutu siqaret müsadirə edildi - DSX
İranla sərhəddə ATIŞMA: İki hərbçimiz ŞƏHİD OLDU
SON DƏQİQƏ: Azərbaycan-İran sərhədində atışma, ölən var
Azərbaycanda daha bir general vəzifədən kənarlaşdırıldı
Azərbaycan-İran sərhədində atışma: ölən var
Azərbaycan-İran sərhədində baş verən insidentlə bağlı RƏSMİ AÇIQLAMA
SON DƏQİQƏ - İran-Azərbaycan sərhəddində atışma
“Dayan” əmrinə tabe olmadılar- Atəş açıldı
Sərhəddə atışma: yaralanan var - DSX
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 