Dünyanın ən böyük neft və qaz şirkəti Shell, Rusiyanın “Qazprom” şirkəti ilə bütün birgə layihələrdən, o cümlədən “Şimal axını 2” boru kəmərinin tikintisindən çəkildiyini bəyan edib.
ONN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə bəyanat fevralın 28-də şirkətin saytında dərc olunub. Bəyanatda deyilir : "Shell İdarə Heyəti bu gün Qazprom və əlaqəli qurumlarla birgə müəssisələrindən, o cümlədən Saxalin 2 mayeləşdirilmiş təbii qaz qurğusunda 27,5 faiz pay, Salym Petroleum-un 50 faiz payı da daxil olmaqla, birgə müəssisələrindən çıxmaq niyyətini açıqladı".
Bildiririk ki, Shell şirkətinin baş direktoru Ben van Beurden Ukraynada Avropa təhlükəsizliyini təhdid edən mənasız hərbi təcavüz nəticəsində ölənlərin onu şoka saldığından belə qərar qəbul edildiyini bildirib.