"Qazprom" Moldova ilə qaza görə cari ödənişlərin 100% yerinə yetiriləcəyi şərti ilə müqavilə bağlayıb, növbəti müddət noyabrın 22-də bitdi, bu səbəbdən şirkət ödənişləri almayacağı təqdirdə 48 saat sonra respublikaya qaz tədarükünü dayandıracaq.
ONN media xəbər verir ki, bunu "Rossiya-24" telekanalının efirində Rusiyanın "Qazprom" şirkətinin nümayəndəsi Sergey Kupriyanov deyib.
"Moldovanın iqtisadi və maliyyə sahələrindəki çox mürəkkəb şəraiti nəzərə alaraq və Moldovaya "Qazprom"a olan borc öhdəliklərinin ödənilməsi imkanının yaradılması, eləcə də Moldova tərəfinin dəfələrlə kömək üçün müraciət etdiyi Rusiya prezidentinin mövqeyi rəhbər tutularaq, "Qazprom", demək olar ki, Moldova tərəfinin şərtləri ilə müqavilə bağlayıb, ancaq orada əhəmiyyətli, vacib maddə var: Moldova qaza görə cari borclarını vaxtında və 100% həcmdə ödəyir", - Kupriyanov deyib.
"Qazprom" və "Moldovaqaz" oktyabrın 29-da müqaviləni 1 noyabrdan etibarən 5 il müddətinə uzadıblar. Rusiya şirkətindən bildirilib ki, tərəflər qaz sahəsində cari məsələlərin tənzimlənməsi üzrə protokol imzalayıblar, razılaşmanın uzadılma şərtləri isə qarşılıqlı sərfəlidir.
Moldova hökuməti isə öz növbəsində bildirib ki, yeni müqavilədə onların təklif etdiyi formuldan istifadə olunacaq. Bundan başqa, "Moldovaqaz"ın "Qazprom"a borcunun 2022-ci ildə auditi keçiriləcək və peni (gecikmə rüsumu) nəzərə alınaraq beş il ərzində ödəniləcək.
Yaxın dəqiqələrdə "Moldovaqaz" bəyanat yayaraq bildirib ki, Moldova hökumətinin köməyi ilə "Qazprom"la olan problemi tezliklə aradan qaldıracaq.



Putin martın 31-dək vaxt verdi: "Cavab gözləyir"
Qazprom qülləsi Azərbaycan bayrağına boyandı
“Shell” “Qazprom”la əməkdaşlıqdan imtina etdi və “Şimal axını 2”dən çəkiləcəyini bəyan etdi
Ermənistan da rubla keçdi – Neft ödənişi
Rusiyaya bu ölkələrlə bağlı KRİTİK ÇAĞIRIŞ
Daha bir rusiyalı oliqarx öldü: 6-cı müəmmalı hadisə...
Moldova səfiri Azərbaycana təşəkkür etdi
Paşinyan Moskva ilə RAZILAŞDI
Prezident azərbaycanlı aparıcıya verdiyi sözü yerinə yetirdi
Paşinyan Rusiyanın törəmə şirkətini TƏHDİD ETDİ
Rusiyada qaz hasilatı azalıb
Putin Feyruz İsayevi təltif etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 