“Yeddilik” ölkələrinin liderləri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) Ukrayna ətrafında vəziyyətlə bağlı birgə bəyanat qəbul ediblər.
Sənəd çərşənbə axşamı Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti tərəfindən yayılıb.
Bəyanata əsasən, G7 ölkələri Krım Muxtar Respublikası və Sevastopolla yanaşı, Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin də qanunsuz ilhaq cəhdini pisləyir və birmənalı şəkildə rədd edir. Onlar heç vaxt Rusiyanın işğala haqq qazandırmaq üçün istifadə etdiyi saxta referendumları tanımayacaqlar.
Liderlər bütün ölkələri beynəlxalq hüququn pozulmasını qeyd-şərtsiz pisləməyə və Rusiyadan hərbi əməliyyatları dayandırmağı, Ukrayna ərazisindən dərhal, tamamilə və qeyd-şərtsiz bütün qüvvələrini və hərbi texnikasını çıxarmağı tələb etməyə çağırıblar.
G7 Ukraynanın bütövlüyünü dəstəkləyir, beynəlxalq birlik tərəfindən tanınan ərazini beynəlxalq hüquqa, xüsusən də BMT Nizamnaməsinə uyğun olaraq müdafiə etmək və tam nəzarəti bərpa etmək hüququnu təsdiqləyir.
Həmçinin, “Böyük yeddilik” Kiyevə lazımi qədər maliyyə, humanitar və hərbi dəstək vermək niyyətindədir, həmçinin Ukraynanın qışa hazırlanmasına kömək etməyə hazırdır.
Liderlər hesab edirlər ki, Ukraynada ölkənin yenidən qurulmasını, o cümlədən Rusiyadan alınacaq vəsait hesabına həyata keçirilməlidir.
Bununla yanaşı, “Yeddilik” Rusiyanın cinayətlərə görə məsuliyyətə cəlb edilməsinin zəruriliyini elan edib və Minski Ukraynada hərbi əməliyyat keçirməkdə Moskvaya yardımı dayandırmağa çağırıb.
Liderlər Ukraynada kimyəvi, bioloji və ya atom silahlarından istifadənin ciddi nəticələr verəcəyi ilə bağlı xəbərdarlıq ediblər.
“G7” “Şimal axını” və “Şimal axını 2” boru kəmərlərinə qəsdən ziyan vurulmasından dərin narahatlığını ifadə edərək, kritik infrastrukturun qəsdən məhv edilməsini qətiyyətlə pislədiklərini və davam edən araşdırmaları alqışladıqlarını bildirib.
Bəyanatda vurğulanır ki, ölkələr Rusiya təcavüzünün qlobal iqtisadi sabitliyə mənfi təsirini aradan qaldırmaq üçün, o cümlədən G7 ölkələrində və onun hüdudlarından kənarda enerji təhlükəsizliyini və sərfəli qiymətləri təmin etmək məqsədilə əməkdaşlığı sıx koordinasiya şəklində davam etdirəcəklər.



Aİ Rusiyadan müharibəni dayandırmağı TƏLƏB ETDİ
Türkiyə Rusiyaya sərt mesaj verdi
Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsməyi nəzərdən keçirir
G7 ölkələri Ukrayna üçün humanitar yardımı artıracaq
Ukraynada BÖYÜK GÖRÜŞ: 5 ölkə dəvət edildi və...
Ukraynalılara yeni təhlükə barədə xəbərdarlıq edildi
Kəşfiyyat: Donbasda toqquşma bu tarixdə başlayacaq
Ukrayna cəbhədəki son durumu açıqladı
Bakının Brüssel qələbəsi: Avropadan bəyanat
Ukraynanın I vitse-spikeri: “Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyirik”
Putin niyə hərbi vəziyyət qərarı verdi?
G7 ölkələri Çini Rusiyaya təzyiq göstərməyə çağırıb
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 