Prezident İlham Əliyev "Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" sərəncam imzalayıb.
ONN media xəbər verir ki, sərəncam “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 3135 nömrəli Sərəncamının icrasını təmin etmək və əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alınıb.
Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilməsini təmin edəcək.
Həmçinin nazirlik bu sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görəcək.
Nazirlər Kabineti isə bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maddi yardımın 2023-cü il yanvarın 1-dən etibarən onun şamil edildiyi əmək pensiyaçılarının pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.
Həmçinin Nazirlər Kabineti bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maddi yardımın dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün zəruri tədbirlər görməli və irəli gələn digər məsələləri həll etməlidir.
Bu Sərəncamın 1-ci hissəsi 2022-ci il yanvarın 1-dən tətbiq edilir.



Bu pensiyaçılara 200 manat yardım veriləcək - SƏRƏNCAM
Əmək pensiyaları artırıldı - Sərəncam
Hərbçilərin pensiyası yenidən hesablanacaq
Baş nazirdən pensiyalarla bağlı mühüm qərar
Bu rayonların pensiya təyinatında dəyişikliklər OLUNDU
Əmək pensiyası maddi yardımla birlikdə nə qədər artacaq? - Nazirlikdən AÇIQLAMA
“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik qüvvəyə minib
Prezident fərman imzaladı
200 manat maddi yardım bu qədər pensiyaçıya veriləcək
Bu şəxslərə gələn aydan Prezident təqaüdü veriləcək
Bu rayonlarda güzəştli pensiya alanların nəzərinə - Dəyişikliklər var
İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqlədi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 