Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları mina və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə müvafiq icazəsiz daxil olaraq özünün və digərlərinin həyatını təhlükə qarşısında qoyan şəxsləri müəyyən edib.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri nəticəsində Bakı şəhər sakini F.Məmmədovun idarə etdiyi “Mersedes” markalı yük maşını Böyük Tağlar kəndi ərazisində saxlanılıb.
Avtomobilə baxış keçirilən zaman daha 2 nəfər də aşkar edilib. Araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Q.Məmmədov və T.Süleymanov olduğu müəyyən olunub. Eləcə də avtomobildən dəmir borular, metal tullantıları və s. aşkar edilib.
Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.Məmmədov və Q.Məmmədov 10 gün müddətinə inzibati qaydada həbs, T.Süleymanov isə cərimə edilib.



Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər həbs edildi
Xocavəndə icazəsiz gedənlər ƏLƏ KEÇDİ
İşğaldan azad olunmuş ərazilərə keçən 3 nəfər saxlanıldı - DİN
Füzulidə ƏMƏLİYYAT KEÇİRİLDİ: 5 avtomobildə 13 nəfər tutuldu
Kəlbəcərə icazəsiz keçmək istəyən şəxslər saxlanıldı
Xocavəndə icazəsiz keçən 9 nəfər saxlanıldı
Azad edilən ərazilərə icazəsiz keçmək istəyənlər saxlanıldı
Hacıqabulda narkoşəbəkə ələ keçdi
"Atabəy" şadlıq sarayının rəhbəri həbs edildi
Azad olunan ərazilərə 124 nəfər qanunsuz DAXİL OLDU - RƏSMİ
Kəlbəcərə qanunsuz daxil olmaq istəyənlər saxlanıldı
Suqovuşan və Talışa qanunsuz daxil olanlar CƏZA ALDILAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 