Bu ilin payızına qədər Almaniya Rusiya kömüründən tamamilə imtina etməli, ilin sonuna qədər isə neftindən asılı olmamlıdır.
ONN media xəbər verir ki, bunu Almaniyanın baş nazirinin müavini və iqtisadiyyatın baş naziri Robert Habek “Frankfurter Allgemeine Zeitung” qəzetinə müsahibəsində deyib .
"Lakin Almaniyanın maye qaz idxal etmək üçün öz imkanları olmadığından Rusiya qazından imtina etmək daha çətin olacaq. Müvafiq terminalları Almaniya yalnız qurmağı planlaşdırır", - Habek deyib.
Habek qeyd edib ki, Almaniya hakimiyyəti Rusiyadan enerji idxalından tamamilə imtina etməyi planlaşdırır. O, Putinin amansız təcavüzkar müharibəsinə dərhal embarqo qoyulmasına çağıran hər kəsi başa düşdüyünü, lakin o, ölkəsi üçün cavabdeh olduğunu söyləyib.
Almaniyalı nazir burğulayıb ki, hökumət qəbul edilən qərarların nəticələrini nəzərə almalıdır:
“Söhbət bir şəxsi rahatlığı qurban vermək deyil, iqtisadi və sosial ciddi ixtisarlardan gedir: dərhal idxal qadağası halında, gələn qışda tədarükün azalması, iqtisadi tənəzzül və yüksək inflyasiya, yüz minlərlə insanların işini itirməsi, istilik və elektrik enerjisi sahəsində problemlər. Sanksiyalar elə olmalıdır ki, biz sağ qala bilək. Amma biz Rusiya neftindən, kömür və qazından asılılığımızı azaltmaq üçün hər gün, həqiqətən də hər gün, bəzən də gecələr çalışırıq".
Xatırladaq ki, Almaniya hazırda Avropa İttifaqının Rusiyanın ən böyük bankı "Sberbank"a qarşı sanksiyalar tətbiq etmək cəhdlərinə müqavimət göstərən əsas ölkədir .



Ukraynaya silah belə göndərilməlidir - Almaniya
Almaniya kansleri ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub
Trumpdan Almaniyaya çox sərt ifadə : "Rusiyanın əsiri"
Almaniya Can Dündarı Türkiyəyə təslim etməkdən imtina etdi
Bu ölkə ABŞ-dan maye qaz idxal etməyəcək
Almaniya Rusiyanın hücumuna hazırdır
Almanlar etiraz aksiyası keçirib- Səbəb isə...
Zelenski Almaniya Prezidentini qəbul etməkdən imtina etdi
Rusiya təxribata əl ata bilər?- Almaniya qorxuda
Putindən Zelenskinin görüş təklifinə CAVAB
Rusiya və İran dollardan imtina edir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 