Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Ukraynanın saziş imzalamağa yaxın olub-olmaması sualı cavablandırıb.
Bu barədə "RİA Novosti" yazıb.
"Yox, işlər davam edir. İrəliləyiş olanda məlumat verəcəyik" - Peskov bildirib.
Qeyd edək ki, bundan əvvəl Ukrayna tərəfi müharibənin bir-iki həftə ərzində bitəcəyini sülh sazişinin ən geci mayda imzalanacağını açıqlamışdı.