Dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda avtonəqliyyat vasitələrinin saxlanılması məqsədi ilə təşkilatların balansında olan (istismara yararlı vəziyyətdə) avtonəqliyyat vasitələrinin hər biri üçün hər il dövlət büdcəsində ayrılan vəsaitlərə dəyişiklik edilib.
ONN media xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Dəyişikliklə qərarın 10.3-cü bəndi yeni redaksiyada verilib. Belə ki, dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda avtonəqliyyat vasitələrinin saxlanılması məqsədi ilə təşkilatların balansında olan (istismara yararlı vəziyyətdə) avtonəqliyyat vasitələrinin hər biri üçün hər il dövlət büdcəsində vəsaitlər aşağıdakı qaydada nəzərdə tutulur:
Avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və cari təmir xərcləri - avtonəqliyyat vasitələrinin aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən hesablanmış yanacaq xərcinin:
- istismar müddəti 5 ilə qədər olduqda - 30 faizi məbləğində;
- istismar müddəti 5 ildən yuxarı olduqda - 40 faizi məbləğində.
Bundan əvvəl isə avtonəqliyyat vasitələrinə ehtiyat hissələrinin alınması və cari təmir xərcləri - aylıq yürüş həddinə uyğun olaraq, yanacaq sərfinin baza xətt normalarına əsasən hesablanmış yanacaq xərcinin 30 faizi məbləğində dövlət büdcəsindən vəsait ayrılırdı.



Baş nazirdən Şərqi Zəngəzurla bağlı qərar
Əli Əsədov qərar imzaladı
Nazirlər Kabinetindən avtomobillərlə bağlı QƏRAR
Bu şəxslərin maaşı 100 manat artırıldı - QƏRAR
Dövlət qurumlarında işləyən daha bir qrup şəxsin maaşları artırıldı
Əli Əsədov qərar imzaladı- Bu qanunda dəyişiklik edildi
Bu şəxslərin maaşı artırıldı-DİQQƏT
Elmi müəssisə və təşkilatların işçilərinin maaşları artırıldı
AMEA-nın xərcləri AZALDILDI
Elmi dərəcəsi olan şəxslərin vəzifə maaşlarına əlavələr artırıldı
Azərbaycanda nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı qayda dəyişdi - QƏRAR
Əli Əsədovdan maaşlarla bağlı QƏRAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 