Martın 28-də Xankəndi və digər ətraf yaşayış məntəqələrinə təbii qazın verilməsi bərpa olunacaq və ilk növbədə test işləri həyata keçiriləcək.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
"Bununla əlaqədar olaraq istehlakçılara təbii qazdan istifadə edən zaman diqqətli olmaq, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə edilir", - məlumatda deyilir.
“Azəriqaz”dan bildirilib ki, martın 29-da test yoxlamaları başa çatdırıldıqdan sonra Qarabağ iqtisadi rayonuna aid ərazidə təbii qazın verilməsi tam bərpa olunacaq.
"Son günlər Qarabağ iqtisadi rayonuna aid ərazidə uzun illər texniki xidmət göstərilmədən istismar olunan qaz paylayıcı xətlərdəki nasazlıq qaz təchizatında problemlərin yaranmasına səbəb olub. Normadan artıq qarın yağmasına baxmayaraq, "Azəriqaz" İB-nin əraziyə ezam olunmuş əməkdaşları çətin relyefli ərazidə qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görürlər", - məlumatda qeyd olunub.



Şamaxıda qazın verilişi nəvaxt bərpa olunacaq?
"Azəriqaz"dan Xankəndi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
Xankəndi ermənilərindən qaz pulu necə yığılacaq? - AÇIQLAMA
Bu rayonda təbii qazın verilişində fasilələr yaranacaq
Sabah bu ərazidə qaz olmayacaq
Əhalinin DİQQƏTİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah bu rayonda qaz olmayacaq
DİQQƏT - Sabah bu ərazilərdə qaz OLMAYACAQ
Bu ərazidə qaz olmayacaq
Sabah Bakının bu hissələrində qaz olmaycaq - DİQQƏT
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 