Türkiyənin İstanbul şəhərində Ukrayna və Rusiya nümayəndə heyətlərinin növbəti görüşü başlayıb.
ONN media xəbər verir ki, Ukrayna nümayəndə heyətinə Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak, müdafiə naziri Oleksiy Reznikov, hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya daxildir.
Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski başçılıq edir. Heyətin tərkibinə xarici işlər nazirinin müavini Andrey Rudenko, Moskvanın Belarusdakı səfiri Boris Qrızlov, Dövlət Dumasının Beynəlxalq Komitəsinin rəhbəri Leonid Slutski və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir.
Müzakirələrin 2 gün davam edəcəyi gözlənilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna və Rusiya nümayəndə heyətləri ilə görüşündə yəhudiəsilli rusiyalı milyarder, "Çelsi" futbol klubunun sahibi Roman Abamoviç də iştirak edib. Lakin onun ikitərəfli müzakirələrdə birbaşa iştirak edib-etməməsi məlum deyil.
Xatırladaq ki, iki ölkə arasında danışıqların ilk üç raundu fevralın 28-də, martın 3-də və 7-də Belarus ərazisində əyani şəkildə keçirilib. İlk görüş Qomel vilayətində, sonrakı iki görüş isə Polşa ilə sərhəddə yerləşən Beloveja meşəsi ərazisində baş tutub. Sonrakı günlərdə tərəflər görüşləri videokonfrans formatında davam etdiriblər.



Ukrayna - Rusiya danışıqları başladı
Ukrayna nümayəndə heyəti danışıqlar üçün artıq Belarusdadır
Rusiya-Ukrayna danışıqları davam edir - Peskov
Rusiya ilə Ukrayna arasında növbəti görüş harada olacaq?
Ərdoğan Rusiya-Ukrayna nümayəndələri ilə görüşəcək
Ərdoğan Zelenski ilə sülh danışıqlarını müzakirə etdi
Ukrayna və Rusiya danışıqları BU SAATDA baş tutacaq
Ukrayna hərbi yoldan imtina edir - Medinski
Rusiya-Ukrayna yenidən danışıqlar masasına otura bilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 