COVID-19-la mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan Modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, respublika üzrə fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilib və təhlil aparılıb. Yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılmışdır.
Məsələ ilə əlaqədar olaraq, bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədi ilə, coğrafi yerləşmələri nəzərə alınmaqla növbəti təlimat verilənədək 7 saylı Uşaq Yoluxucu Xəstəxanası, FHN Modul, Quba Rayon Mərkəzi Xəstəxanası, Kiliniki Tibbi Mərkəzi, Gəncə Modul, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Pandemiya tibb müəssisəsi kimi fəaliyyəti dayandırılıb. Masallı Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti isə qismən davam edir. Eyni zamanda, qəbulu planlaşdırılan COVİD xəstələrinin müvafiq ərazi üzrə digər müəssisələrə yönləndirilməsi təşkil edilir. Belə ki, hazırda 46 pandemiya tibb müəssisəsindən 7- i fəaliyyətini davam etdirir.
Bakı/Abşeron bölgəsi üzrə 4 tibb müəssisəsi - Yeni Klinika, Mərkəzi Gömrük Xəstəxanası, Məhəmmədli modul, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu (ETACXİ), qərb bölgəsi üzrə 2 tibb müəssisəsi - Ağdaş Rayon Mərkəzi Xəstəxanası, Şəmkir Rayon Kür Qəsəbə Xəstəxanası, cənub bölgəsi üzrə 1 tibb müəssisəsi - Masallı Rayon Mərkəzi Xəstəxanası Fəaliyyətini qismən davam etdirir.



Ağciyər Xəstəlikləri Mərkəzi yaradılır
Azərbaycanda koronaviruslu xəstələr üçün ayrılan xəstəxanalar - SİYAHI
Azərbaycanda modul tipli xəstəxanaların tikintisinə başlanıldı
Karantin rejimi əlavə 2 ay uzadılır? - RƏSMİ AÇIQLAMA
Bu xəstəxanalar artıq koronavirus xəstələrini qəbul etməyəcək – SİYAHI
TƏBİB bu rayonlardakı xəstəxanaları yoxlayır
Azərbaycanda bu mərkəzlər xəstəxanalara birləşdirilir - SİYAHI
Mərkəzi Gömrük Hospitalı da koronaviruslu xəstələr üçün ayrılır
Qərargahdan açıqlama: Bütün xəstəxanalarda...
TƏBİB gücləndirilmiş iş rejiminə keçdi
İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı artdı - SİYAHI
Daha 7 özəl xəstəxana vətəndaşlara pulsuz xidmət göstərəcək - SİYAHI
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 