Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Belqorod vilayətində silah-sursat və neft anbarlarında baş verən partlayışlarla bağlı danışıb.
ONN media xəbər verir ki, Zelenski bu partlayışların Ukrayna Silahlı Qüvvələri tərəfindən törədilib-törədilmədiyinə dair suala cavabında bildirib ki, Ali Baş Komandan kimi heç bir əmrini müzakirə etmir:
“Bağışlayın, mən Ali Baş Komandan kimi heç bir əmrimi müzakirə etmirəm. Elə şeylər var ki, onları yalnız Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ilə bölüşürəm. Bizim üçün vacibdir ki, bütün dünya müharibə şəraitində olan bir ölkə olduğumuzu bilsin. Bizə hücum edildi. Vacib olan budur. Bu, ən böyük faciədir. Düzünü desəm, bu haqda danışmaq qeyri-peşəkarlıqdır".
Ukrayna Prezidenti qeyd edib ki, ruslar ərazimizi işğal edib: "Bu müharibə 8 ildir davam edir, ona görə də bu və ya digər vəziyyətdə nə baş verirsə, şərh vermək mənim üçün çətindir”.
Xatırladaq ki, ötən gün Ukrayna ilə sərhəd olan Rusiyanın Belqorod şəhərində yerləşən neft anbarında güclü yanğın baş vermişdi. Rusiya neft bazasının Ukraynaya məxsus helikopterlərlə vurulduğu və partlayışın da bu səbəbdən baş verdiyi barədə xəbər yaymışdı.



Ukrayna yeni ərazilər ələ keçirdi
Zelenski Putinə cavab verdi
Zelenski tvit atdı
Zelenski və Ərdoğan nəyi müzakirə edəcək?
Bayden administrasiyası Zelenskinin Kiyevi tərk etməsini müzakirə edib
Zelenskidən ŞOK İDDİA- Rus ordusu qaçacaq
Zelenskidən Xarkovla bağlı xoş xəbər
Zelenski Baydenlə RAZILIĞA GƏLDİ
Zelenski ÇAĞIRIŞ ETDİ: "Ən böyük cəsarət..."
Zelenski yenidən açıqlama yaydı- Bu film deyil!
Zelenski onu da işdən çıxartdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 