Martın 31-i “AFP” və “CNN” kimi bir sıra dünya KİV-i Rusiya qoşunlarının Ukraynada Çernobıl Atom Elektrik Stansiyasının ərazisini tərk etdiyini yazıb. Rusiyalı hərbçilər müharibənin ilk günü, yəni fevralın 24-ü Çernobıl AES-ə nəzarəti ələ keçirmişdi.
ONN media Qafqazinfo-ya istinadən xəbər verir ki, AES-in ərazisini tərk edən rusiyalı hərbçilərin Belarusla sərhədə tərəf getdiyi qeyd olunub.
Rusiyalı hərbçilərdən ibarət iki kolonun Belarusla sərhədə yollandığını yayan qurumlar arasında Ukraynanın “Enerqoatom” şirkəti də olub. Şirkət iddia edir ki, Çernobılda olan rusiyalı hərbçilər “Qırmızı meşə” adlanan ərazidə xəndək qazdıqlarından yüksək dozada radiasiyaya məruz qalıblar. Bildirilir ki, “Qırmızı meşə” adlı ərazi Çernobılda radiasiyanın təsirinə ən çox məruz qalmış hissələrdən biri hesab olunur.
Bununla yanaşı, Belarus teleqram kanallarında yayılan məlumata görə, içərisində rusiyalı hərbçilər olan bir neçə avtobus ölkənin Qomel şəhərindəki şüadan müalicə mərkəzinə gəlib.
Rusiya Müdafiə Nazirliyi hələlik bu barədə açıqlama verməyib. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) isə Çernobılda rusiyalı hərbçilərin şüalanmaya məruz qalması barədə məlumatının olmadığını bildirib.



Ukrayna Çernobıl AES-lə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət edib
XİN-dən Çernobıl açıqlaması
SON DƏQİQƏ: Rus qoşunları Çernobıl AES-i ƏLƏ KEÇİRDİ, heyəti isə...
Milyonlarla avropalı radiasiyaya məruz qala bilər
Zelenskidən QORXUNC PROQNOZ : "Bu, Avropanın sonu ola bilər"
Estoniya rusiyalı diplomatı ölkədən çıxarır
Qarabağda sülhməramlıların maşını atəşə tutuldu- ÖLƏNLƏR VAR
Rusiyalı hərbçilər Suriyada kimyəvi silah anbarını tapdı
Rus ordusunun bir hissəsi Çernobıldan çıxdı
Rusiya onlara VAXT VERDİ: iki aya tərk edin, ya da...
Çavuşoğlu - Rusiyalı hərbçilər ölkədən çıxıblar
Hərbi baza raket hücumuna məruz qaldı - ÖLƏNLƏR VAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 