Bakıda keçmiş polis əməkdaşı arvadını restoranın qarşısında döyüb.
ONN media xəbər verir ki, bu barədə Nizami Rayon Məhkəməsində keçirilən məhkəmə istintaqında elan olunub.
İttiham aktına əsasən, hadisə 2021-ci il oktyabrın 30-da Nizami rayon ərazisində yerləşən restoranların birində qeydə alınıb.
Belə ki, polis serjantı olmuş V.M (ad, soy adı şərti) restoranın qarşısında həyat yoldaşı L.M (ad, soy adı şərti) ilə əvvəl şəxsi münasibətlər zəminində mübahisə edib. Daha sonra o, qəsdən əlinin içi ilə qadının baş və sifət nahiyələrinə zərbələr vurub. Nəticədə L.M-in burunu sınıb.
Hadisədən sonra qadının şikayəti əsasında V.M saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmənin hökmü ilə V.M 9 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməyib.
Qeyd edək ki, polis nəfəri olmuş V.M hadisədən sonra işdən azad olunub.



Azərbaycanda ŞOK OLAY: Kişi arvadını “Tik-Tok”a görə döydü
Bakıda arvadını qətlə yetirən kişiyə AĞIR CƏZA
Bakıda keçmiş polis əməkdaşının qızından ŞOK CİNAYƏT - HƏBS EDİLDİ
Bakıda taksi sürücüsü bıçaqlandı
Nazir arvadını öldürən polislə bağlı ƏMR İMZALADI
Bakıda sabiq polis əməkdaşının qızı məhkəmə zalında həbs edilib
Bakıda sərxoş kişinin BİYABIRÇI HƏRƏKƏTİ
Yoldaşını öldürən polislə bağlı qərar verildi
Kafedə tanışını elə döydü ki...
Azərbaycanda 55 yaşlı kişini döyüb öldürən gənc MƏHKƏMƏ QARŞISINDA
Polisin arvadını öldürməsi ilə bağlı daha bir rəsmi açıqlama
Gəlin keçmiş qayınanasının barmaqlarını sındırıb
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 