İndiyədək Yer kürəsində qeydə alınmış ən hündür dəniz dalğası müəyyənləşib.
ONN media Qaynarinfo-ya istinadən xəbər verir ki, alimlər 1958-ci ildə Alyaskada qeydə alınmış 524 metrlik dalğa Yer kürəsi tarixinin ən hündür dalğasıdır.
Həmin ilin iyul aylında Alyaskanın cənub-şərq sahillərində maqnitudası 8,3 bal olan güclü zəlzələ baş verib. Zəlzələnin əmələ gətirdiyi böyük sürüşmə sahilə çıxan nəhəng sunami dalğasının yaranmasına səbəb olub.
Sürüşmə nəticəsində Lituyya körfəzində təxminən 30 milyon kubmetr süxur suya düşüb və nəticədə 524 metr hündürlükdə dalğa əmələ gəlib. Bu, Nyu-Yorkdakı məşhur "Empire State Building” göydələnindən (443 metr) hündürdür.
Dalğanın hündürlüyünə hətta Lituyya körfəzin körfəzin forması da öz təsirini göstərib. Bu barədə Corciya ştatındakı Texnologiya Universitetinin alimi German Frits danışıb:
"Bu dalğa tarixdə qeydə alınan ən böyük dalğadır. Fikrimcə, daha əvvəllər bundan da hündür dalğalar olub, lakin onlar lap çoxdan əmələ gəlib və yalnız geoloji çöküntülər üzrə barələrində mühakimə yeritmək olar. Sürüşmənin yaratdığı adi sunami zamanı dalğalar yelpikvari hərəkət edir. Lakin Lituyya körfəzinin ensiz forması və dik yamaclar dalğanın bir istiqamətə üz tutmasına şərait yaradıb. Su başqa yerə hərəkət edə bilməyərək yuxarı qalxmağa məcbur olub. Bu səbəbdən dalğaların hündürlüyü belə böyük olub”.



SON DƏQİQƏ: 7,3 bal gücündə zəlzələ baş verdi, şəhər boşaldıldı
Dünyanın ən hündür bayraq dirəyi Azərbaycana gətirildi
Xəzərdə dalğanın hündürlüyü 6,2 metrə çatdı...
Dünyanın ən hündür tikilisi Azərbaycan bayrağına büründü
Bu ölkədə güclü zəlzələ oldu
Sentyabrda bizi nə gözləyir?
5 məktəbdə çatlar əmələ gəlib- Nazirlikdən açıqlama
Dalğa oyunları ilə insanları stressə salmayın! - HƏKİM
Dördüncü dalğa güclü olacaq? - Professor açıqladı
Xəzərdə dalğanın hündürlüyü 2,4 metrə çatdı
Yaponiyada yenidən güclü zəlzələ oldu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 