Azərbaycan sərhədçiləri qaçaqmalçılara xəbərdarlıq atəşi açıb.
ONN media -ya bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, aprel ayının 11-i saat 22:50 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Abdinli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı 2 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.
Sərhəd naryadının “Dayan” əmrinə və havaya xəbərdarlıq atəşinə baxmayaraq, sərhəd pozucuları əllərindəki qaçaqmalı yerə ataraq ərazinin relyefindən və qaranlıq hava şəraitindən istifadə edib geriyə qaçıblar.
Həyata keçirilən axtarış tədbirləri nəticəsində ərazidə aşkarlanan 2 ədəd bağlamadan çəkisi 16 kiloqram 820 qram narkotik vasitəyə (8 kiloqram 280 qram heroin, 8 kiloqram 480 qram marixuana, 0.60 qram metamfetamin) bənzər maddələrvəpsixotrop tərkibli 3189 ədəd metadon-40 dərman preparatı aşkarlanaraq götürülüb.
Faktla bağlı zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Azərbaycan-İran sərhədində atışma
İranla sərhəddə gərginlik- Atəş açıldı
İran-Azərbaycan sərhəddində GƏRGİNLİK
Sərhəddə 8380 qutu siqaret müsadirə edildi - DSX
DTX və DSX birgə əməliyyat keçirdi- Saxlanılan var
Azərbaycan-İran sərhədində insident
Azərbaycan-İran sərhədində baş verən insidentlə bağlı RƏSMİ AÇIQLAMA
İranla sərhəddə atəş açıldı
İranla sərhəddə yenidən insident yaşandı
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı
İranla sərhəddə insident yaşanıb- ATƏŞ AÇILDI
DSX əməliyyat keçirib- Saxlanılanlar var
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 