“İnstitutu bitirəndən sonra ömrümün 45 ilini Sumqayıt teatrında işləmişəm. Oradan da uzaqlaşdırıldım”.
ONN media “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Valeh Kərimov verilişlərin birində deyib.
O, evdə oturub ölümünü gözlədiyini bildirib:
“Söhbət küskünlükdən getmir. Bekar insanam. Mənim də bekarçılıqdan zəhləm gedir. Mən bu sənətə gəlmişəm ki, ömürlük işləyim. Axı niyə kənarda qalım ki? Canım sağ, danışığım yerində, gözlərim görür, qulağım da eşidir... Mən yaratmaq istəyirəm. Maaş vermə, Prezident təqaüdü alıram, amma çalışım. Axı səhnədən ötrü vaxtı ilə atam da danışdırmayıb məni. Səhnəyə hər şeyimizi qurban vermişik, səhnədən ötrü gec ailə qurdum. Müəllimim dedi ki, ailəlisən? Dedim ki, subay. Dedi ki, özünü sənətdə tapsan, evlənərsən. Gördüm, tapmadım, getdim evləndim. İkisindən birini seçdim. Evdə öz-özümə nə qədər monoloq qurum? Məcburam ki, oturum ölümümü gözləyim”.
Kərimovun sözlərinə görə, “Bəxt üzüyü” filmindəki yaratdığı “Moşu” obrazı ona həyatda çox mane olub:
“İndi-indi hamı adımı bilir. İndiyə kimi “Moşu”, “xalq” deyirlər. Xalqın içindən çıxmış insandır. Orada (“Bəxt üzüyü” filmini nəzərdə tutur - red.) xalqın gözəl adətləri göstərilib. Bir az demaqoqluğu var, istedadsız insandır. Asan yolu seçir, istedadı yoxdur, şair olmaq istəyir. Qafiyə qoşur, düz çıxmır. Amma o rol mənə çox mane oldu. Hamını filmə çəkirlər, məndən başqa. Bir-iki dəfə məni kinostudiyaya dəvət ediblər. Gördüm, pıçıldayırlar ki, sifəti “Moşu”dur, nə rol oynasa da, alınmaz. Rədd edin, getsin. Bu məni çox incidib. Axı məni başqa obraz üçün qrim də etmək olardı...”



“Atam məndən imtina etdi” — Xalq artisti
“Bunu utana-utana deyirəm...” — Xalq artisti
Alim Qasımovun qızından ŞOK SÖZLƏR: “Mənə sillə vurdu”
Sərxan Sərxandan qalmaqallı müsahibəsi ilə bağlı AÇIQLAMA
Xalq artisti ölüm xəbərindən danışdı
Xalq artisti səhnədən gedir
"Evimə heç kimi buraxmıram" — Məleykə Əsədova
83 yaşlı Arif Babayevdən XƏBƏR VAR
Azdrammada direktorlar nələri oğurlayıb?- ŞOK İDDİA
“Həkim dedi ki, üç saatdan sonra ölə bilərsən” - Xalq artisti
“Mehriban Əliyeva mənim harayıma çatdı” - Yalçın Rzazədə
Aygün Kazımova qaçırılıb?- ŞOK İDDİA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 