Xarkovda sovet marşalı Georgi Jukovun abidəsi sökülüb.
ONN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə aprelin 17-də Ukrayna silahlı qüvvələrinin xüsusi təyinatlılarının rəhbərlərindən biri olan Konstantin Nemiçev özünün Facebook səhifəsindən məlumat verib.
O, marşal Jukovu "400 min ukraynalının ölümünə, repressiyalara, talanlara, kütləvi edamlara görə məsul olan canavar, qəssab-marşal" adlandırıb.
Eyni zamanda bununla bağlı Ukrayna mətbuatında "Putin əsl dekommunizasiya istəyirdi - əldə etdi!" fikrləri də yer almaqdadır.