“Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən "Dostluq" ordeninə layiq görülməyim, həyatımın ən qürurverici hadisələrindən biri oldu. Elmi fəaliyyətimin 30 ilindən çoxunu Azərbaycan-Türkiyə əlaqələrinə həsr etmiş bir insan olaraq çox qürurlandım. Cənab Prezidentə dünya azərbaycanlılarına göstərmiş olduğu qayğıdan ötrü minnətdarlığımı bildirirəm”.
ONN media xəbər verir ki, bu fikirləri “Report”un yerli bürosuna eksklüziv açıqlamasında Türkiyə Prezidentinin təhlükəsizlik və xarici siyasət məsələləri üzrə müşaviri Aygün Attar Azərbaycan Prezidentinin onu “Dostluq” ordeni ilə təltif etməsinə münasibət bildirərkən deyib.
Aygün Attar qeyd edib ki, əslən Qarabağdan olan biri kimi ən böyük mükafatı Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti ilə işğaldan azad edilən Qarabağ torpaqları oldu:
“Yeri gəlmişkən, Şuşaya Dünya Azərbaycanlılarının V Qurultayına dəvət olunmuşam. Şuşa ilində orada toplanmağımız olduqca əlamətdardır və bu fürsəti də bizə verən, dəmir yumruğuyla zəfərə imzasını atan Azərbaycan Prezidentinə Vətəndən uzaqda, ancaq ürəyi Vətənlə döyünən dünya azərbaycanlıları adından təşəkkürlərimi bildirirəm.
Çox böyük bir qürurdur ki, yaxamda Vətənim tərəfindən mənə verilən 2016-cı ildə "Vətənə xidmət" ordeni, 2022-ci ildə doğum günüm ərəfəsində cənab Prezidentin sərəncamı ilə mənə verilən "Dostluq" ordeni ilə birlikdə Vətən torpaqlarına gedəcəyəm”.
A.Attar hər zaman Azərbaycan dövlətinin haqlı mübarizəsində dövlət mənafelərindən çıxış edəcəyini bildirib: “Tanrı Azərbaycanı, qəhrəman Azərbaycan Ordusunu, bütün gözəl xüsusiyyətlərə malik olan millətimizi qorusun!”



Aygün Attar “Dostluq” ordeni ilə təltif edildi
Ərdoğanın azərbaycanlı məsləhətçisinin "Facebook" hesabı bağlanıb
Azərbaycanlı professor Aygün Attar Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri seçilib.
Ərdoğan azərbaycanlı alimi yüksək vəzifəyə təyin etdi - QƏRAR
Zakir Həsənov Ordumuzun şəxsi heyətini təbrik etdi
Dövlət Komitəsindən dünya azərbaycanlılarına müraciət
Ərdoğan İlham Əliyevə zəng etdi
İlham Əliyev sərəncam imzaladı
Aygün Bəylərin dəfn olunacağı yer bəlli oldu
Aygün Attar Ankarada Azərbaycan xalqının soyqırımına həsr olunmuş konfrans keçirib
Türkiyədə hərəkat başladı: Ordu Xankəndini vursun!
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi TƏBRİK ETDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 