Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycana rəsmi səfərə gəlir.
Bu barədə Belarus liderinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Bakıda dövlət başçısı Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparacaq. İki liderin görüşü təkbətək formatda və nümayəndə heyətləri üzvlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək.
Prezidentlər müxtəlif sahələrdə, o cümlədən ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi vurğulanmaqla, ikitərəfli münasibətlərin aktual məsələlərini nəzərdən keçirəcəklər.
Danışıqların digər mövzusu Belarus və Azərbaycan arasında beynəlxalq platformalarda və inteqrasiya birliklərində əməkdaşlıq olacaq. Dövlət başçıları regionda və bütövlükdə dünyada vəziyyəti müzakirə edəcəklər. Danışıqların yekunu olaraq ikitərəfli sənədlər paketi imzalanacaq.
Bakıda Aleksandr Lukaşenko və İlham Əliyev Azərbaycanın beynəlxalq kənd təsərrüfatı sərgisi olan “Caspian Agro”ya baş çəkəcək, burada Belarus və Azərbaycanın ekspozisiyaları, kənd təsərrüfatı sahəsində birgə layihələrin həyata keçirilməsi ilə tanış olacaqlar



Lukaşenko Azərbaycana niyə gəlir?
Lukaşenko Azərbaycana gəldi - SON DƏQİQƏ
İlham Əliyev ilə Lukaşenkonun qeyri-rəsmi görüşü beş saat davam edib
Prezidentlərin geniş tərkibdə görüşü oldu
İlham Əliyev və Lukaşenko nəyi müzakirə etdi?
Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başladı
Lukaşenko İlham Əliyevə zəng etdi
İlham Əliyevlə Lukaşenko arasında telefon danışığı oldu
İlham Əliyev Lukaşenkoya zəng etdi
Əsədov Qolovçenko ilə görüşdü: sənədlər imzalandı
Putin və Lukaşenko Qarabağı müzakirə etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 