Tanınmış Turançı Professor yaşasaydı 84 yaşı qeyd edilirdi. Hərçənd ki, heç vaxt özünə ad günü keçirməyən Professor həmişə ad günündə də kiməsə yardımçı olurdu. 80 illiyi ərəfəsi onun təntənəli doğum günü keçirilməsi təklifinə, "torpaqlarımız işğalda, tökülən qanlarımızın qisası, qız-gəlinlərimizin düşmən tərəfindən ləkələnən namusunun qisası alınmadığı, tez-tez şəhid verdiyimiz bir şəraitdə mənim təntənəli doğum günü keçirməyim mənə yaraşmaz" cavabı vermişdi. Mərhum professorun qırx mərasiminin də ad günü ilə üst-üstə düşməsi heç də təsadüfi deyil, ömründə təntənəli ad günü keçirməyən Əjdər müəllimin doğulub, böyüdüyü doğma kəndində qırx mərasiminin verilməsi həm də onun xatirəsinin uca anılması kimi düşünmək olar. Əjdər İsmayılov. Böyük vətənpərvər, cəfakeş alim, dönməz Turançı, müasir Azərbaycanın quruculuğunda müstəsna xidmətləri olan ziyalı, 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1963-1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejisorluq fakültəsində təhsil alıb. 1961-1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, "Şərq Qapısı" qəzetinin əməkdaşı, 1977-1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olub. 800-ə yaxın elmi əsər, məqalə və müsahibənin müəllifidir. Eyni zamanda məşhur "91-lər"dən, Yeni Azərbaycan Partiyasının ən fəal qurucularından və YAP ağsaqqallar şurasının üzvü olub. Hörmətli ziyalı, böyük alim, Hüseyn Cavid irsinin görkəmli araşdırıcısı, erməni yalanlarını, saxtakarlıq üzərində qurulmuş qondarma erməni tarixşünaslığının iç üzünü ifşa edən, əsərləri ilə daima insanlarımıza milli kimliyi aşılayan, ömrünü türkçülüyə həsr edən Turan sevdalısı, "Turan Araşdırma Mərkəzi" IB-nin mərhum sədri professor Əjdər İsmayılovun həyatı haqqında bu sadəcə qısa bir məlumatdır. Bu gün bütün Vətənsevərlər Əjdər İsmayılovu Vahid Azərbaycan sevdalısı, Vətən, Dövlət aşiqi, ölkəsinin, vətəninin, xalqının haqq səsini ömrünün sonuna qədər dünyaya yaymaq savaşında olan görkəmli ictimai-siyasi xadim, cəsarətli, yorulmaz vətəndaş, fədakar ata və baba kimi yad edir, qəlbində yaşadır. Heç təsadüfü deyil ki, əbədiyyətə qovuşmazdan əvvəl son sözlərindən biri belə nəvəsinin qolundan tutaraq "Dövləti qoruyun!" deməsi oldu. Əjdər İsmayılovun vəfatı münasibətilə mərhumun ailəsinə, bütün xalqımıza, onu sevən hərkəsə, bütün türk dünyasına dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin.
Qırx mərasimi ilə üst-üstə düşən AD GÜNÜ



Professor Əjdər İsmayılov vəfat edib
Professor Əjdər İsmayılovdan Anım Günü PAYLAŞIMI
Dünənin SABAHI - Professor ƏJDƏR İSMAYILOV haqqında film
Şuşada Respublika Günü qeyd olundu
Bu gün Əjdər İsmayılovun doğum günüdür
Böyük vətənpərvər, cəfakeş alim Əjdər İsmayılovun vəfatından 1 il ötür
Erməni tarixinin atasına "od vuran" alim - Əjdər İsmayılov
Putinin doğum günü ilə bağlı planları NƏDİR?
Xankəndi, Xocalı və Xocavəndlə bağlı sərəncam imzalandı
Əjdər İsmayılov Qazaxıstanda 10 yanvar Milli Matəm Günü ilə bağlı başsağlığı verdi
Məşhur aparıcı qızına təmtəraqlı doğum günü keçirdi - FOTO
Yanvarın 21-i iş günü olacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 