Elektrik mühərrikli avtomobil almaq istəyənlərə şad xəbərimiz var. Belə ki, yaxın gələcəkdə bu növ avtomobillərin idxal rüsumundan azad edilməsi gözlənir. Artıq bununla bağlı yeni layihə də hazırlanıb. Bəs hibrid avtomobillərinin idxal rüsumu ilə bağlı da yenilik olacaqmı?
Dövlət Gömrük Komitəsinin rəsmisi “XəzərXəbər”in bununla bağlı suallarını cavablandırıb.
Elektrik mühərrikli avtomobillərin idxal rüsumundan azad olunması gözlənilir. Bunu ''Xəzər Xəbər''ə müsahibəsində Dövlət Gömrük Komitəsinin Gömrük Ödənişləri idarəsinin rəisi Taryel Alıverdiyev deyib. O bildirib ki, mövcud qanunvericiliyə əsasən hazırda bu növ nəqliyyat vasitəsinin idxalı əlavə dəyər vergisindən azaddır. Növbəti güzəşt isə bu avtomobillərin idxal rüsumundan da azad edilməsi ola bilər.
Bununla bərabər elektromobillər üçün infrastruktur genişləndirilməsi də prioritet hədəflərdəndir. Bu məqsədlə həmin avtomobillər üçün enerjidoldurucularının da rüsumdan azad edilməsi gözlənir
Qeyd edək ki, istehsal tarixi 3 ildən, mühərrikinin həcmi isə 2500 kub santimetrdən çox olmayan hibrid avtomobilləri isə idxal zamanı yalnız əlavə dəyər vergisindən azaddır.



Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Bu avtomobillər gömrük rüsumundan azad edildi
Maşın almaq istəyənlərə PİS XƏBƏR
Maşın almaq istəyənlərə ŞAD XƏBƏR
Qəzet kağızı gömrük rüsumundan tam azad edildi
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
Nazirlər Kabineti tibbi maska ilə bağlı qərar verdi
Bu maşınlar ucuzlaşacaq
Xaricdən avtomobil gətirənlərə pis xəbər
Bu avtomobillərin satışı ƏDV-dən azad edilir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 