Müdafiə nazirinin təsdiq etdiyi hazırlıq planına əsasən Laçında dislokasiya olunan hərbi hissədə 2022-ci tədris ilinin birinci rübünün nəticələrinə dair yekun iclas keçirilib.
ONN media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Vəzifəli şəxslər bölmələrin döyüş qabiliyyətinin artırılması, xidməti-döyüş fəaliyyətinin təşkili ilə bağlı 2022-ci ilin birinci rübü ərzində keçirilən təlim-məşqlər və görülən digər tədbirlər barədə geniş məruzələrlə çıxış ediblər.
İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Ordusuna verdiyi qiymət, göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb.
Sərt iqlim şəraitində, çətin relyefli dağlıq ərazidə xidmət aparan hərbi qulluqçuların dövlət sərhədi istiqamətində döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması ilə bağlı müdafiə nazirinin tapşırıqları aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırılıb.
Sonda xidmətdə fərqlənən, yüksək nizam-intizamı ilə seçilən hərbi qulluqçular təltif olunublar.



MN rəsmi məlumat yaydı
Müdafiə Nazirliyi rəsmi məlumat yaydı
Ordumuzda Qurban bayramı qeyd olundu
Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib
Ordumuzda andiçmə mərasimləri keçirildi
Ordumuzun əsgərləri and içdilər
Zakir Həsənovdan ƏMR: Təxribatların...
Azərbaycan Ordusunda toplantı keçirildi
"N" hərbi hissəsinin yaradılmasının ildönümü qeyd edildi
Gənc əsgərlər and içdi
Orduda Qurban Bayramı belə qeyd olundu
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 