Paytaxtın Nəsimi rayonu, “Papanin körpüsü” adlanan ərazidə tez-tez qəzalar baş verir. Daha dəqiq desək, yol-nəqliyyat hadisələri Abdulvahab Salamzadə və Ceyhun Səlimov küçəsinin kəsişməsində qeydə alınır.
Bununla bağlı sosial şəbəkələrdə çoxlu sayda şikayətlər səsləndirilir.
“Yolun bu hissəsi yenidən asfaltlandıqdan sonra hərbi hospital tərəfdən gələn yoldan sola, Tbilisi prospektinə dönmə zolağı açılıb. Bu, 3-cü mikrorayon dairəsinə gedən yolda tıxacı xeyli azaldıb, amma təəssüf ki, qəzaların sayı artıb. Az qala hər gün körpünün altında toqquşma olur və bunun əsas səbəbi sürücülərin yol nişanlarına məhəl qoymamasıdır. Kim haradan istəyir, oradan da dönür, başqasının yoluna çıxır və sairə. Günün müəyyən saatlarında Yol Polisi Xidməti əməkdaşları körpünün altında dayanır deyə sakitlik olur, amma onlar gedəndən sonra ərazidə hərəkət “öz axar”ına düşür. Yolda bir neçə istiqamətdə piyada keçidi var və bir çox hallarda piyadalara da məhəl qoyulmur”, - deyə şikayətlərin birində qeyd olunub.
Bakı Nəqliyyat Agentliyi (BNA) məsələ ilə bağlı “Ölkə.Az”a açıqlamasında bildirdi ki, bu ərazidə hərəkətin işıqforla nizamlı hərəkəti təşkil olunacaq.
“Artıq işıqforların quraşdırılması üçün zəruri kommunikasiya xətlərinin çəkilişi yekunlaşıb. Bununla yanaşı yaxın günlərdə kəsişmədə mövcud şəraitə uyğun yol nişanları da quraşdırılacaq”, - deyə açıqlamada bildirilib.
Qeyd edək ki, sözügedən yolla bağlı atılacaq addım ilk dəfə saytımıza açıqlanıb.



“Papanin yolu” on il sonra açıldı
Sabunçu dairəsi hər səhər niyə bağlanır? - DYP-dən açıqlama
Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir
DİQQƏT: Bakının mərkəzi küçələrindən biri bağlanır
Bakıda bu körpü sökülür
Bakıdakı qeyri-adi piyada keçidi ilə bağlı qurumlar hərəkətə keçdi
“Papanin körpüsü”nə çıxıb özünü atmaq istədi – VİDEO
27 marşrutun hərəkət sxemi dəyişdirildi - DİQQƏT
Çermet körpüsündəki bu problem niyə həllini tapmır?
Bakıda yeni çəkilmiş piyada zolağını yağış yudu – Şikayət
DİQQƏT- Bu yolda avtobus zolağı ləğv olundu
Bakıda bu yolda yenilik edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 