Bir neçə gün əvvəl Bakının Xətai rayonunda yerləşən parkda maraqlı hadisə baş verib.
“Gənclik” parkında qəfil yağış yağmağa başlayarkən 3 nəfər qaçaraq ərazidəki Post Patrul Xidmətinə məxsus “Fiat Doblo” markalı avtomobilə daxil olub. Onlar maşının qapısını arxadan bağlayaraq düşməkdən imtina ediblər.
Ərazidə xidmət aparan polislərin qanuni tələbinə məhəl qoymayan həmin şəxslər daha sonra saxlanılaraq bölməyə aparılıb. Məlum olub ki, həmin şəxslər Qəbələ rayonunun Zarağan kənd sakinləridir və sərxoş vəziyyətdədilər. Bölmədə onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və 30-35 yaşlı 3 dostun işi məhkəməyə göndərilib.
Məhkəmədə onlar yağışdan qorunmaq üçün belə bir hərəkət etdiklərini, peşman olduqlarını deyiblər.
Xətai Rayon Məhkəməsinin qərarı ilə onların hər biri 150 manat cərimə edilməklə sərbəst buraxılıblar.



Bakının məşhur restoranında dava olub
Təranə Səmədovanın saxlanılma səbəbi məlum oldu
Vəzifəli şəxslər karantin qaydalarını pozdu - Polis bölməsinə APARILDILAR
İctimai nəqliyyatda maska taxmayan şəxslər cərimə edildi
Bakıda polisin saxladığı şəxsdən ağlasığmaz addım
Ucar, İsmayıllı və Şamaxıda son vəziyyət — 186 nəfər...
"Gənclik Mall"da saxlanılan var
Azad edilən ərazilərə icazəsiz daxil olan şəxslər həbs edildi
Cəbrayıl şəhərində insident - 6 nəfər SAXLANILDI
Qəbələyə istirahətə gedənlər cərimələndi
Pakistanda şiddətli yağışlar- Ölənlər var
Peşə Təhsil müəssisələrinə qəbul başladı
Diqqət- Bu ərazilərdə işıq olmayacaq
Neftin son qiyməti açıqlandı
Ağdamda meşə yanğını baş verib
Əli Əsədov yeni qərar imzaladı
Metrodan istifadə edənlərin NƏZƏRİNƏ
Pakistandan bununla bağlı XƏBƏRDARLIQ
ŞAD XƏBƏR- Avtobuslar ayrıldı
UKRAYNA MASADA YOXDURSA, SÜLH KİMİN SÜLHÜDÜR? – Cavid İSMAYIL yazır
Neft sürətlə bahalaşır
Temperatur 41 dərəcəyə yüksələcək
“Arzum” azadlığa buraxıldı
Dənizdə iki nəfər xilas edildi
Elnarə Abdullayevaya ağır itki üz verdi 