Avqustun 4-nə keçən gecə Bakı şəhər, Nərimanov rayonu, Ə.Dəmirçizadə küçəsində yerləşən "Gilavar" restoranında dava olub.
ONN media xəbər verir ki, restoranda istirahət edən beş nəfər sərxoş vəziyyətdə uca səslə danışmağa, bir-birilərinə qarşı təhqiramiz ifadələr işlətməyə başlayıblar.
Restoran əməkdaşları tərəfindən polisə müraciət edildikdən sonra hadisə yerinə 18-ci Polis Bölməsinin əməkdaşları gəliblər. Polisin qanuni tələbinə qarşı çıxan şəxslərdən biri aqressiv davranışlarını daha sonra da davam etdirib. Bundan sonra həmin şəxslər saxlanılaraq polis bölməsinə aparılıblar.
Onlardan ikisi - 1982-ci il təvəllüdlü Kamran Babayev və Elşən Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535-ci (Xırda xuliqanlıq və polisin qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokol tərtib edilib. Digər üç nəfər isə izahatları alınaraq sərbəst buraxılıb.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Elşən Həsənova 20 sutka inzibati həbs cəzası verilib. Kamran Babayev isə 50 manat cərimə edilərək sərbəst buraxılıb



Təranə Səmədovanın saxlanılma səbəbi məlum oldu
Yasamalda polisə zibil atanlar HƏBS EDİLDİ
Məktəbə sərxoş daxil olan şəxs həbs edildi
Məhkəmədən Kamil Zeynallı barədə QƏRAR
Bakıda FİLM KİMİ OLAY: 3 dost PPX maşınına mindi, düşmək istəmədi və...
BŞBPİ AXCP üzvlərinin saxlanılması səbəbini AÇIQLADI
Polis Şəmkirdə toy məclisinə basqın etdi
Postda avtobus sürücüləri polisin “saxla” tələbinə tabe olmadı
İçərişəhərdə söyüş söyən şəxsə bu CƏZA VERİLDİ
Koronaviruslu şəxs azad edilmiş əraziyə keçərkən ƏLƏ KEÇDİ
Polisi təhqir edən sürücü barədə YENİ XƏBƏR
Azərbaycanda saxlanılan rusiyalı alim ölkəsinə qayıtdı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 