Səhiyyə Nazirliyi son vaxtlar kütləvi şəkildə yayılan “Meymun çiçəyi” virusunun Azərbaycan üçün təhlükəsi olub-olmaması məsələsinə münasibət bildirib.
Nazirliyin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova report-un sorğusuna cavab olaraq bildirib ki, hazırda həmin virus Azərbaycanda yoxdur və olmaması üçün də yetərincə tədbirlər həyata keçirilir.
O qeyd edib ki, “Meymun çiçəyi” nadir virusdur və suçiçəyi xəstəliyinə bənzəyir:
“Virusa adətən Qərbi Afrika ölkələrində, xüsusilə də tropik meşələrin yaxınlığında rast gəlinir. Virusun iki əsas ştammı var: Qərbi Afrika və Mərkəzi Afrika. Simptomlara gəlincə, virusun ilk əlamətləri qızdırma, baş ağrısı, şişlik, bel ağrısı, əzələ ağrısı və zəiflik kimi büruzə verir. Qızdırma azaldıqdan sonra üzdə başlayan səpgilər bədənin digər hissələrinə yayılır. Əksər hallarda ovuclara və ayaqlarda rast gəlinir və çox qaşıntılı olur. Həmin səpgilər yaraya çevrildiyindən bədəndə iz buraxa bilər. Ona görə də yaranın qaşınmaması və qoparılmaması məsləhətdir”.
Mütəxəssis vurğulayıb ki, virus başqa bir şəxslə yaxın təmas zamanı yayıla bilər:
“Həmçinin virus bədənə dəri sıyrıqları, tənəffüs yolları, gözlər, burun və ya ağızdan, eləcə də cinsi əlaqə zamanı birbaşa təmas yolu ilə də ötürülə bilər. Bundan başqa, yoluxan meymun, siçovul və dələdən də keçə bilir. Hətta yoluxan insanın geyimindən də digər şəxsə virus keçməsi mümkündür. Xəstəlik adətən yüngül keçir, bəzən 2-3 həftə ərzində öz-özlüyündə keçib gedə bilir. Ölüm halları da az sayda qeydə alınıb”.
L.Qalimova ölkə vətəndaşlara müraciət edərək bildirib ki, yuxarı qeyd olunan əlamətlər aşkar olunduğu təqdirdə dərhal həkimə gedilməlidir:
“Onu da qeyd edim ki, suçiçəyi xəstəliyinə qarşı istifadə olunan peyvəndin “Meymun çiçəyi”nə qarşı qorunmaq effektliyi sübut edilib”.



“Meymun çiçəyi” kabusu davam edir - Daha bir ölkədə aşkarlandı
Ölkəmizdə meymunçiçəyinə yoluxma qeydə alınıb?
Azərbaycanda meymun çiçəyi xəstəliyi qeydə alınıb? - RƏSMİ
Pakistanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
Azərbaycanda karantinlə bağlı bu qayda sərtləşdirilə bilər?
Bu ölkədə meymun çiçəyinə yoluxma sayı 48-ə çatdı
“Meymun çiçəyi” belə yayılır
Meymunçiçəyinə yoluxanların sayı durmadan artır
Meymun çiçəyi ən çox bu şəxslərə yoluxur
DİQQƏT- Uşaqlar arasında yeni xəstəlik yayılır
Türkiyədə meymunçiçəyinə yoluxma aşkarlanıb? - RƏSMİ
Yeni peyvənd növü tətbiq edildi: 2 yaşına qədər uşaqlara...
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 