Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Şuşa və Ağdam şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə iyun ayına olan biletlər mayın 25-i, saat 11:00-da satışa çıxarılacaq.
ONN media bu barədə DANX-a istinadən xəbər verir.
Xatırladaq ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Biletləri www.yolumuzqarabaga.az portalı vasitəsilə onlayn qaydada almaq olar.
"DANX bir daha tövsiyə edir ki, sosial şəbəkələrdə Şuşa istiqamətində “turlar” təşkil edilməsi ilə bağlı elanları ciddi qəbul etməsinlər, öz sənədlərini elanlarda gördükləri əlaqə vasitələrinə göndərməsinlər. Biletləri heç kimə əlavə vəsait ödəmədən özləri alsınlar.
Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Onu da qeyd edək ki, bilet sistemi müvafiq dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya edilib və sərnişinlərə biletlə birlikdə işğaldan azad olunmuş ərazilərə giriş icazəsi də verilir. Bu icazə yalnız bilet almış şəxs üçün keçərlidir və ötürülməsi mümkün deyil.
Vətəndaşlardan qanunsuz bilet satışı halları ilə rastlaşdıqları halda bu barədə [email protected] elektron poçt ünvanı, //www.facebook.com/AzDANX rəsmi “Facebook” ünvanı və (+99412) 566 52 58 telefon nömrəsi vasitəsilə DANX-a məlumat vermələri xahiş olunur", - deyə qurum bəyan edib.



Şuşa, Ağdam və Füzuliyə getmək istəyənlərin NƏZƏRİNƏ
Qarabağa getmək istəyənlərin nəzərinə!
Qarabağa getmək istəyənlər MÜTLƏQ OXUSUN
Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ
Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ
Şuşaya getmək istəyənlərin NƏZƏRİNƏ
Şuşaya getmək istəyənlərin nəzərinə!
Qarabağa getmək istəyənlərin NƏZƏRİNƏ
Qarabağa avtobus reyslərinə yanvar ayı üçün biletlər satışa çıxarılır
Şuşaya biletləri baha satanlara XƏBƏRDARLIQ
Apreldə işğaldan azad olunmuş ərazilərə getmək istəyənlərin DİQQƏTİNƏ
DİQQƏT- Biletlər satışa çıxarılır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 