Azərbaycanla sülh sazişi ilə bağlı mümkün danışıqlar iki variant üzrə müzakirə edilib.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan ölkə parlamentində çıxışı zamanı deyib.
“İstər beynəlxalq aləmdə, istərsə də Ermənistanda müzakirələr gedir ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin həllinə Qarabağ məsələsi də daxil edilməlidir, yoxsa ayrıca baxılmalıdır?” - Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistan müxalifəti Qarabağ münaqişəsinin həlli ilə bağlı gündəliyin “ayrıca məsələ” olmasını istəyir.
O, həmçinin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel ilə Brüsseldə keçirilən görüşdə anklavlar məsələsi müzakirə olunmayıb.
“Azərbaycan birbaşa və ya dolayısı ilə bu məsələni qaldırır, lakin biz dedik ki, de-yure Ermənistan ərazisində Azərbaycan anklavlarının mövcudluğu qeydə alınmayıb”, - Paşinyan söyləyib.
O, həmçinin bəyan edib ki, Brüsseldə Qarabağla bağlı çox ciddi müzakirələr aparılıb, nəticədə Ermənistan və Azərbaycanın mövqelərində fikir ayrılığı olub:
“Bakı hesab edir ki, Qarabağ münaqişəsi həll olunub, Ermənistan hesab edir ki, həll olunmayıb. Bakı öz 5 təklifini verib, bizim də öz təklifimiz var və bunun əsasında danışıqlar aparılmalıdır”.(axar.az)



Şarl Mişellə Nikol Paşinyan Brüsseldə görüşdülər
Paşinyan: “Zəngəzurla bağlı qərarı təsdiqlədik”
İlham Əliyevlə Paşinyan görüşəcək
Mişel bu gün keçirilən görüşlə bağlı məlumat yaydı
Əliyev və Paşinyan Brüsseldə yenidən görüşəcək
Paşinyan İlham Əliyevlə görüş üçün Brüsselə getdi
İlham Əliyev və Mişel arasında görüş başladı
Əliyev və Paşinyan Brüsseldə hansı məsələləri müzakirə edəcək?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 