Statistika göstərir ki, kolbasa məhsulları insanların soyuducu və süfrəsində çörək, ət, pendirdən sonrakı yerdə gəlir.
Hər il kolbasa istehsalı və tükətimi artır.
44% insan hər gün və ya həftədə ən azı 3 dəfə kolbasa yeyir.
Hər gün 2 dilim də olsa kolbasa yeyənlərin orqanizmində nə baş verir.
ONN media xəbər verir ki, həkim biotexnoloq, tibb elmləri namizədi Nataliya Denisova kolbasanın tərkibində olan yağlar, rəng, duz, qatqıların orqanizmə fəsadından danışıb.
“Kolbasada ət azdır, zülal təminatı cüzidir. Amma əvəzində piy, yağ, rəng, dadlandırıcı, natrium çoxdur. 100 qr bişmiş kolbasanın 20%-i yağdır. Hisə verilmişim isə 50%-i.
İnsanın sutkalıq yağ norması 30%-dən çox olmamalıdır.
Bizim digər bitki və heyvani yağlar qəbul etdiyimizi də nəzərə alsaq, kolbasa bu miqdarı normadan yuxarı qaldırır.
Bu isə artıq çəki, piylənmə, damarların tıxanması, ürək-damar problemlərinə səbəb olur.
100 qr kolbasada 2,5 qr duz var. Bəzən duz miqdarı bundan da çox olur.
İnsan gündə 5 qram duz qəbul etməlidir. 100 qram kolbasa bunun yarısını ödəyir. Amma biz digər qidalar, meyvə-tərəvəzdən də duzu alırıq. Ona görə kolbasa çox yeyənlərin bədənində duz çox olur, o toxumalarda yığılır, şişkinlik yaranır, arterial təzyiq yüksəlir.
Bu da ürək və böyrəklərin yükünü artırır.
ÜST bildirir ki, müntəzəm kolbasa yemək siqaret çəkmək qədər zərərlidir.
Hər gün 5 qr emal olunmuş kolbasa, ət, sosis, bekon, vetçina yeyənlərdə bağırsaq xərçəngi 18% artır.
Qızarmış, hisə verilmiş, termiki işlənmiş qırmızı ətdə kanserogen maddə həmişə yaranır. Bəzi kolbasalarda benzpiren adlı kanserogen maddə var.
Hər gün kolbasa yemək insanı onkoloji xəstəliklərə yaxlnlaşdırır.(ölkə.az)



Kolbasanın tərkibi ilə bağlı dəhşətli məlumat
Ət məhsulları alarkən diqqətli olun - XƏBƏRDARLIQ
Gündə nə qədər kalbasa yemək olar?
Göyçayda kiflənmiş kolbasa məhsulları aşkarlanıb
İnsan ömrünü qısaldan qidalar nədir?
Kolbasa sexində kobud pozuntular: Qoyun ətinin adı var, özü yoxdur
Kolbasa alarkən bunlara diqqət edin!
Bu qidalar damarlarımızı məhv edir-Siyahı
İnanılmaz dərəcədə zərərli olan qida nədir?
Duz sizi necə öldürür? - Duzlu yeyənləri gözləyən TƏHLÜKƏLƏR
Bu bazardan kolbasa almayın- SƏBƏB İSƏ...
Bakıda dönərxana KÜL OLDU
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 