Daxili İşlər Nazirliyi (DİN) 17 yaşlı tələbənin polislər tərəfindən döyülməsinə münasibət bildirib.
ONN media bildirir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis baş leytenantı Məhəmməd Rzayev "Ölkə.Az"ın sorğusuna cavab olaraq bildirib ki, mayın 31-də səhər saatlarında Lənkəran Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları şəhər ərazisində xidmət apararkən Sosial və Aqrar-Texnoloji Kollecin qarşısındakı piyada keçidinin üzərində dayanaraq söhbət edən həmin kollecin tələbələri F.Xinqalov və 17 yaşlı Z.Z.-nin (ad, soy adı şərti) nəqliyyat vasitələri və piyadaların sərbəst hərəkətinə maneə yaratdıqlarını müşahidə ediblər:
"Polis əməkdaşları bununla bağlı həmin şəxslərə irad bildirərək onları nizam-intizama dəvət edib. Onlar isə polis əməkdaşları ilə mübahisə edib, həmçinin Z.Z nümayişkaranə şəkildə polis əməkdaşlarına tabesizlik nümayiş etdirib. Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirilən hər iki şəxs barəsində İnzibati Xətala Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsinə əsasən inzibati protokol tərtib edilib və onlar sərbəst buraxılıblar.
Z.Z-nin döyülməsi ilə bağlı səsləndirilən iddialara gəldikdə isə qeyd edirik ki, həmin şəxsə qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq və ya digər qanunsuz hərəkətə yol verilməyib. Həmin iddianın heç bir əsası yoxdur".
Qeyd edək ki, sosial şəbəkələrdə 17 yaşlı tələbənin mayın 31-i səhər saatlarında oxuduğu kollecin qarşısında iki polis əməkdaşı tərəfindən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparıldığı, daha sonra orada döyülməsi ilə bağlı məlumat yayılmışdı.



Şəkidə ərə verilən azyaşlı ilə bağlı xəbər var
Azərbaycanda əməliyyat - Saxta polis belə tutuldu
Avtoxuliqanlıq edən sərxoş sürücü YAXALANDI
Vilayət Eyvazov Sumqayıta yeni polis rəisi təyin etdi
Eyvazov rəis müavinini vəzifəsindən azad etdi - YENİ TƏYİNATLAR
Azərbaycanda üç uşaq anası itkin düşüb
Azərbaycanda polisdə koronavirus aşkarlandı
Rüşvət alarkən videosu yayılan polislər tapıldı
Polis Saatlıda odlu silahdan atəş açıb?- Rəsmi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 