Buzovnada dəniz sahilini zəbt edən hasarların və mülklərin sökülməsinə birbaşa Prezident İlham Əliyev göstəriş veribmiş.
ONN media xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən etdiyi çıxışdan aydın olub.
“Bu yaxınlarda ictimaiyyətin bir qrup nümayəndəsi mənə müraciət etmişdir ki, böyük tarixə malik olan Buzovna qayaları bəzi insanlar tərəfindən zəbt edilmişdir. Mən Bakı Şəhər İcra Hakimiyyətinin başçısına dərhal göstəriş verdim ki, bu məsələ araşdırılsın, mənə məruzə edilsin və mənə məruzə edildi. Çox böyük pozuntular aşkarlandı, çox böyük pozuntular. Bu qanunsuz əməllərə kimlər əl atıb? Dövlət məmurları və bəzi dırnaqarası sahibkarlar! Onların da siyahısı var. Bu, tarixə qarşı, bizim təbiətimizə qarşı cinayətdir. Bu qayalar Bakının rəmzidir, bu qayalar əsrlər boyu sahilimizin gözəlliyini əks etdirirdi. Bu qayalara insanlar yaxınlaşırdı, orada filmlər çəkilirdi. Kimsə bunu zəbt edir, onları sındırır, özləri üçün villa tikir”, - Prezident bildirib.
Prezident İlham Əliyev qeyd edib ki, bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər.
Bu qanunsuz əməllərə son qoyulmasını tapşıran İlham Əliyev belə şəxslərin cəzalandırılacağını vurğulayıb.



İlham Əliyevdən sərt xəbərdarlıq
Prezident yeni icra başçısı ilə görüşdü
Yeni icra başçıları kollektivə təqdim olundu
İlham Əliyev yeni icra başçısı təyin etdi
Prezident bu rayonlara yeni icra başçıları təyin etdi
İlham Əliyev yeni təyin olunan icra başçılarını qəbul etdi
Prezident bu icra başçısını vəzifədən çıxardı
Prezident bu rayonlara başçı təyin etdi
Prezidentin yeni təyin etdiyi başçı kimdir?
Prezident iki icra başçısını işdən çıxardı - Yeni təyinat
İlham Əliyev yeni icra başçısı təyin etdi
İlham Əliyev deputatı icra başçısı təyin etdi - 3 sərəncam
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 