Müdafiə Nazirliyi sosial şəbəkə istifadəçilərinə müraciət edib.
ONN media xəbər verir ki, bu barədə nazirliyin Feysbuk səhifəsində yayılan məlumatda bildirilib.
"Son günlər sosial şəbəkələrdə müxtəlif adlar altında Vətən müharibəsi və təlimlər zamanı Azərbaycan Ordusunun fəaliyyətini, hərbi kolonların, eləcə də döyüş texnikalarının hərəkətini əks etdirən foto və video görüntülər yeni məlumat kimi paylaşılır.
Bildiririk ki, xidməti fəaliyyət ilə bağlı Azərbaycan Ordusunun şəxsi heyəti və döyüş texnikası təlim mərkəzlərinə, ümumqoşun poliqonlarına mütəmadi olaraq hərəkət edir.
Bir daha sosial şəbəkə istifadəçilərini və əhalini belə köhnə görüntüləri yeni video adı altında yaymamağa və ictimaiyyət arasında çaşqınlıq yaratmamağa çağırırıq.
Vətəndaşlarımıza yalnız öz təsdiqini tapmış və Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində (www.mod.gov.az), həmçinin sosial şəbəkə hesablarında paylaşılan məlumatlara istinad etməyi tövsiyə edirik", - məlumatda qeyd edilib.



MN -dən sosial şəbəkə istifadəçilərinə MÜRACİƏT
Müdafiə Nazirliyi: Bu məlumat əsassızdır
DİN jurnalistlərə və sosial şəbəkə istifadəçilərinə müraciət etdi
Yüksək vəzifəli şəxslər işdən çıxarılıb?- MN
MN-dən Vətən müharibəsindən qayıdan şəxslərə MÜRACİƏT
Daha bir əsgər ordu sıralarından xaric edildi
SON DƏQİQƏ: Bu hərbiçilər ordudan xaric edildi
Müdafiə Nazirliyi daha bir rəsmi məlumat yaydı
Müdafiə Nazirliyi hesabat yaydı
Polis xəbərdarlıq etdi: Onlara pul verməyin!
MN-dən Xocavənd istiqamətində partlayışla bağlı AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 