Arxeoloqlar Yuta ştatının Qreyt-Solt-Leyk səhrasında çoxlu sirli “kabus izlər” aşkar edib.
Bu barədə Kornell Universitetinin mətbuat xidmətindən xəbər verilib.
Onların sözlərinə görə, izlər yalnız yağışdan sonra görünür; onlar nəmlə dolur və tündləşir. Quruduqdan sonra yenidən yox olurlar.
Komanda bu ilin iyul ayında əvvəlcə bir neçə izə rast gəlib. Ancaq georadardan istifadə etməklə ətraf ərazinin hərtərəfli yoxlanılmasından sonra yetkin insanlara və beş yaşdan kiçik uşaqlara aid ən azı 88 ayaq izi müəyyən edilib.
“Kabus izlər” ən azı 10.000 il əvvələ aiddir. Bəzi alimlər isə ayaq izlərinin 12.000 il əvvəldən - son Buz Dövründən qala biləcəyi barədə fikir irəli sürüblər.
“İnsanlar, ehtimal ki, dayaz suda gəziblər. Qum tez bir zamanda onların izlərini doldurub, lakin qumun altında olan palçıq təbəqəsi onları qoruyub”, - deyə alimlərdən biri düşüncələrini bölüşüb.
O da bildirilir ki, əvvəlki tədqiqat qrupu ayaq izlərinin tapıldığı yerin 2 km-də 12.000 il əvvələ aid ovçu-yığıcı düşərgəsi tapıb. Bu düşərgədə ayaq izlərini qoyan insanlar məskunlaşa bilərdi.
Hazırda arxeoloqlar tədqiqat işlərini davam etdirirlər.oxu.az



Yerə kabus asteroid yaxınlaşır
“Kabus ovçuları”nın rejissoru vəfat etdi
40 cinayətin üstü “isti izlər”lə açıldı
Cinayətlərin 36-sı “isti izlər”lə açılıb
21 cinayətin üstü "isti izlər"lə açıldı
Gün ərzində 111 cinayət, onların 25-i “isti izlər”lə açılıb
Kiçik yaşlı uşaqlarda ayaq əyrilikləri: Müalicəyə ehtiyac varmı?
30 yaşdan sonra belə ayaqqabı geyinməyin - XƏBƏRDARLIQ
İtkin düşən alpinistlərin izi tapılıb
Polis əməkdaşlarının çevikliyi sayəsində...
Ərdoğandan Qarabağ AÇIQLAMASI: Kabus yaşadacağıq!
Evdə parazitlərin olduğunu göstərən əlamətlər
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 