Ermənistanın Dövlət Gəlirləri Komitəsi iri idxalçılar tərəfindən əvvəlcədən hazırlanmış sxem vasitəsilə vergitutma obyektlərini və müvafiq sənədləri olmayan yanacaq tədarüklərini gizlətmək cəhdlərini aşkarlayıb.
ONN media verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Ermənistanı yanacaqla təmin edən təsərrüfat subyektlərində aparılan yoxlamalar nəticəsində İrandan Ermənistana böyük həcmdə benzin və dizel yanacağının tədarükünü həyata keçirən bəzi təşkilatların vergidən yayınma mexanizmləri işləyib hazırladıqları və onları həyata keçirməyə çalışdıqları barədə operativ məlumatlar əldə edilib.
Məlum olub ki, bəzi yük avtomobillərinin sürücüləri ilkin razılaşmalara əsasən yanacaq çənlərində daşınması nəzərdə tutulan həcmdən dəfələrlə artıq dizel yanacağı doldurub, müvafiq sənədləri olmadan onu Zəngəzur vilayətində fəaliyyət göstərən benzin və dizel yanacağı doldurma məntəqələrinə satırlar.
Yanacaqdoldurma məntəqələri də öz növbəsində müvafiq yanacaq partiyalarını toplayaraq, onu müvafiq qeydiyyata alınmadan Ermənistanda yanacaq tədarükü ilə məşğul olan iri təşkilatlara satırlar.
Məlumata görə, iri təchizatçı şirkətlərin bəziləri müvafiq sənədləri olmadan İrandan gətirilən yanacağı Ermənistanda yenidən satıb, lakin bunu sənədləşdiriblər ki, guya yanacaq Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki separatçılara çatdırılıb və orada satılıb.
Görülən tədbirlər nəticəsində idxal və təkrar satışla məşğul olan bəzi sahibkarlıq subyektlərinin yanacağın sənədsiz tədarükü və daşınmasında qanun pozuntularına yol verilməsi halları artıq qeydə alınıb. Onlara qarşı müvafiq məsuliyyət tədbirləri görüləcək.



Rusiyada yanacaq qıtlığı: Benzin talonla satılır
Ölkədə benzin və dizelin istehsalı artıb
Ermənistanda yanacaq bahalaşdı
Rusiyada benzin və dizel yanacağının aksizləri bahalaşdı
Azərbaycan MDB və Avropada 1-ci yerə çıxdı
Azərbaycanda benzin bahalaşır? – ŞOK AÇIQLAMA
Benzinin qiyməti ən yüksək həddə çatıb
Aİ-92 markalı benzin bahalaşdı
Putin İrəvanla bağlanan bu protokolu təsdiq etdi
Sabahdan benzin və dizel bahalaşacaq - QİYMƏTLƏR
Bu ölkə Azərbaycandan 106,8 min ton neft məhsulları idxal edib
Azərbaycanda dizel bahalaşacaq? - AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 