Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində iki mülki şəxs yaralanıb.
ONN media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.
Sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində iki mülki şəxs yaralanıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən açılan atəş nəticəsində Kəlbəcər rayonu ərazisində heyvandarlıqla məşğul olan Goranboy rayonunun Veyisli kəndində yaşayan Kəlbəcər rayonu Bozlu kənd sakini 1975-ci il təvəllüdlü Musayev Asim İsa oğlu və Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayonu Ağdaban kənd sakini 1984-cü il təvəllüdlü Orucov Arzuman İman oğlu yaralanıblar.
Hazırda A.Musayev Gəncə şəhəri A.Səhhət adına 1 nömrəli xəstəxanada müalicə alır, onun vəziyyəti orta-ağır qiymətləndirilir. A.Orucova isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Hərbi Prokurorluqda istintaq olunan cinayət işi çərçivəsində hər iki fakt hazırda araşdırılır.



Yaralanan mülki şəxslərin son durumu necədir?
Kəlbəcər istiqamətində daha bir erməni məhv edild
Ermənilər Kəlbəcər istiqamətində bölmələrimizə atəş açdı - RƏSMİ
Tərtərdə ölən və yaralanan mülki şəxslərin adları açıqlandı - RƏSMİ
MN yaralı hərbçilərimizin sayını açıqladı- Rəsmi
SON DƏQİQƏ: Ordumuz yenidən atəşə tutuldu
Şəhid zabitin nəşi doğulduğu kəndə aparıldı
Şəhidimizin qisası alındı: iki erməni əsgəri məhv edildi
SON DƏQİQƏ: Ermənistan ordusu yenidən təxribat cəhd etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 