Kanada ermənilərinin Milli Komitəsinin Feysbuk səhifəsində bir gün əvvəl Azərbaycanın guya Ermənistanın dinc əhalisinə qarşı “təcavüz”ü ilə bağlı yalan məlumat dərc edilib.
ONN media xəbər verir ki, Kanadadakı erməni diasporunun nümayəndələri genişmiqyaslı antiazərbaycan təxribatını Azərbaycanın Ermənistanın mülki əhalisinə qarşı “təcavüz”ü kimi təqdim etməyə çalışırlar. Əslində isə sentyabrın 12-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib.
Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.
Eyni zamanda, erməni təbliğatçıları sübut kimi Azərbaycanın Bərdə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması zamanı yaralanan mülki vətəndaşın fotosunu “Azərbaycan mülki obyektləri atəşə tutur” qeydi ilə dərc edirlər.
Aşağıdakı fotonun müəllifi “Anadolu” agentliyinin fotoqrafı Onur Çobandır. Foto 8 oktyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı çəkilib. Fotoda zərərçəkənin azərbaycanlı olmasına daha bir sübut isə oradakı avtomobilin Azərbaycan dövlət nömrə nişanlı (AZ 09-BP-128) olmasıdır.



Ermənistan Daşkəsən, Kəlbəcər və Laçında genişmiqyaslı təxribat törədib
XİN genişmiqyaslı təxribatla bağlı bəyanat yaydı
Müdafiə Nazirliyi rəsmi məlumat yaydı
SON DƏQİQƏ: Ermənistan ordusu yenidən təxribat cəhd etdi
Ermənistan hərbi əməliyyata başladı, Kəlbəcər və Laçındakı postlara hücum etdi, yaralılar var
Şəhid Qorxmaz İsgəndərov dəfn edildi
Ermənistanın 450 hərbçisi məhv edildi
Rusiya XİN-dən sərhəddəki vəziyyətə MÜNASİBƏT
Azərbaycana məxsus hərbi təyyarə vurulub?- Rəsmi
Şəhid atası oğlunun nəşi gətirilərkən vəfat etdi
SON DƏQİQƏ: Daha 2 şəhidimiz var
Ermənistan MN-dən açıqlama- Ölən və yaralananlar var
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 