Azərbaycan Prezidenti İlham Əliyev Ağcabədi rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.
ONN media-nın məlumatına görə, sərəncamda bildirilib ki, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi məqsədi ilə yaradılmış “ASAN xidmət” mərkəzləri fəaliyyətə başladığı gündən qısa müddət ərzində ölkə əhalisinin böyük rəğbətini qazanmışdır. Vətəndaşların dövlət xidmətlərindən operativ istifadə etməsini təmin etmək məqsədilə Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı və Quba regional “ASAN xidmət” mərkəzlərinin fəaliyyətə başlaması nəticəsində 1500 yeni iş yeri yaradılıb.
Sərəncamla, Ağcabədi rayonunda “ASAN xidmət” mərkəzinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.4-cü yarımbəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.



Bu ərazilərdə “ASAN xidmət” mərkəzləri tikilir
Kürdəmirdə də “ASAN xidmət” olacaq - 5 milyon manat ayrıldı
Yeni "ASAN xidmət" mərkəzləri açılacaq - SİYAHI
İlham Əliyev “ASAN xidmət”ə 20 milyon manat ayırdı
Bu 5 rayonda “ASAN xidmət” mərkəzi istifadəyə veriləcək
Bu rayonlarda da “ASAN xidmət” mərkəzləri tikiləcək - SİYAHI
Azərbaycanda bu rayonlarda da "ASAN xidmət” mərkəzi olacaq
“ASAN xidmət” bu tarixlərdə işləməyəcək
Sabah “ASAN xidmət” mərkəzləri işləməyəcək
Bu rayon və şəhərlərdə “ASAN xidmət” iki gün işləməyəcək
“ASAN xidmət”də YENİLİK
“ASAN xidmət” və “ASAN Kommunal” bu tarixlərdə işləməyəcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 